Heydər Əliyev və Qobustan

Heydər Əliyev və Qobustan

Ulu Öndər, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, istər Sovet Dönəmində, istərsə də Müstəqillik dövründə Qobustanlılara diqqət və qayğı göstərmişdir.Ulu öndərimiz Heydər Əliyevin qədim Qobustan torpağına göstərdiyi böyuk atalıq duyğusu barəsində qürurla danışmaq olar. Dahi rəhbərimiz Heydər Əliyev Qobustanda olmuş,rayon sakinləri ilə görüşmüş,onlara müasir Qobustanın tikilib qurulmasında öz xeyir duasını vermişdir. Onun şəxsi tapşırığı və göstərişi ilə “Qobustan rayonunun iqtisadiyyatını və mədəniyyətini dahada inkişaf etdirmək tədbirləri haqqında”çox mühüm dövlət qərarı qəbul edilmişdir.Ulu Öndər Heydər Əliyev hər gəlişi zamanı kənd təsərrüfatı işlərinin gedişi ilə yanaşı xalqın güzaranı yaşayış tərzi və problemləri ilə də yaxından maraqlanmışdır.Xüsusilə hər dəfə Qobustanın keçmişinə,Azərbaycan tarixindəki yerinə və roluna son dərəcə hörmətlə və ehtiramla yanaşaraq deyərmiş: “Qobustan Azərbaycanın ən qədim elm və mədəniyyət mərkəzidir.O, Azərbaycanın ictimai fikir tarixində müstəsna rolu olan sənətkarlar yetişdirmişdir”.