Ermənistan təcavüzünün nəticələri

Azərbaycan ərazisində çar Rusiyasının müstəmləkə siyasətinə uyğun olaraq ermənilərin Şimali Azərbaycana köçürülməsi və onların əli ilə zamanzaman 1905-1906, 1918-1920, 1948-1953, 1988 -1994 və digər illərdə yerli əhaliyə qarşı soyqırım siyasətinin həyata keçirilməsindən beynəlxalq ictimaiyyətin kifayət qədər məlumatı yoxdur. Erməni quldurlarının azərbaycanlılara qarşı törətdiyi cinayətlərin tədqiqi göstərir ki, bunlardan ən dəhşətliləri 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, İsmayıllı, Göyçay, Hacıqabul, Kürdəmir, Salyan, Lənkəran, Zəngəzur, Naxçıvan, Qarabağ, Ağstafa və s. ərazilərdə baş vermişdir. Bu cinayətləri planlı sürətdə 1918-ci ilin yanvarında rus-türk cəbhəsindən geri qayıdan və tərkibində çoxlu sayda ermənilər olan hərbi qüvvələr həyata keçirmişdir. S. Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin təhriki ilə yerli müsəlman əhaliyə qarşı həyata keçirilən bu soyqırımın əsas məqsədi neft və digər faydalı qazıntılarla zəngin olan Azərbaycanın, ilk növbədə isə Bakı və onun ətraf əhalisinin milli və dini tərkibini dəyişdirməklə bu əraziləri sovet Rusiyasına tabe etməkdən ibarət idi. 1918-ci il qırğınları həyata keçirildiyi dövrdə, konkret olaraq 1918-ci ilin aprelində Bakıdan Rusiyaya 94 min ton, may ayında 182 min ton, iyun ayında 466 min ton, iyul ayında isə 492 min ton neft daşınmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il iyulun 15-də müsəlman əhaliyə qarşı törədilmiş cinayətləri tədqiq etmək üçün Ələkbər bəy Xasməmmədovun rəhbərliyi altında Gəncə Dairə Məhkəməsinin üzvləri İsmayıl bəy Şahmaliyev və Andrey Fomiç Novatski, həmin məhkəmənin prokuroru Nəsrəddin bəy Səfikürdski, Nikolay Mixayloviç Mixaylov, V.Qudvillo və Mirzə Cavad Axundzadədən ibarət Fövqəladə İstintaq Komissiyası yaratmışdı. Komissiyanın topladığı sənədlər təsdiq etmişdi ki, ermənilər Azərbaycan xalqına qarşı qabaqcadan hazırlanmış soyqırım siyasətini həyata keçirmişlər. BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyanın II maddəsində deyilir: “genosid” (soyqırım-müəllif) dedikdə, hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlər başa düşülür: a) hər cür qrupun üzvlərinin öldürülməsi; b) bu cür qrupun üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli xətər yetirilməsi; c) hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; d) bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi; e) uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi. 6 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırım törətməsi faktı Fövqəladə İstintaq Komissiyası tərəfindən təsdiq edilməsinə baxmayaraq çox təəssüf ki, cinayətkarların cəzalandırılması mümkün olmamışdır. Buna 1920-ci ilin fevralında qəbul edilmiş amnistiya haqqında qanun və Sovet Rusiyası tərəfindən Azərbaycanın 27 aprel 1920-ci il tarixdə işğal edilməsi imkan verməmişdi. İşğaldan sonra problemin obyektiv tədqiqi əvəzinə Moskvanın göstərişi ilə Azərbaycan xalqına “dostu düşmən, düşməni dost” kimi təqdim edən “26 Bakı komissarı” kimi saxta tarixi əfsanələr uydurulmuşdu. (2) Sovet dövründə azərbaycanlılara qarşı torədilmiş cinayətlərin əsas təşkilatçılan “xalq qəhrəmanları” kimi qələmə verilərək, onların şərəfinə abidələr ucaldılmışdı. (3) Bununla yanaşı, 1918-ci ildə dinc əhalini erməni, bolşevik soyqırımından xilas etmək uğrunda canlarından keçmiş Azərbaycan və türk əsgərlərini yaddaşlardan silmək üçün geniş kampaniya aparılmış, hətta onların məzarlarının bərpasına cəhd edən şəxslər ciddi cəzalandırılmışdı. Məsələn, Şamaxı-Mərəzə arasında Acıdərə deyilən yerdə 1918-ci il iyul döyüşlərində şəhid olmuş türk zabiti, mayor İzzət Əfəndinin tənha qəbrinə münasibət deyilənləri sübut edir. Baş daşını qoyduran Şamaxı qəsəbəsi valisi 1928-ci ildə öldürülmüş, bu tənha məzar dağıdılmışdır.

Sonrakı illərdə Məhəmməd və bir qədər sonra isə Babaxan Rzaxanov adlı Şamaxı sakinləri tərəfindən məzar bərpa edilmişdir. Məhz buna görə Babaxan Rzaxanov 1964-cü ildə həbs olunmuşdur. Nəhayət, 1993-ci ilin yazında qəbir təmir olunmuş, 2000-ci il mayın 10-da isə burada 1918-ci il Qafqaz hərəkatında şəhid olan 1130 qəhrəman türk əsgərininin xatirəsinə abidə ucaldılmışdır. Xalq şairi Bəxtiyar Vahabzadə “Tənha məzar”, Qabil “Türkün qəbri” adlı şeirlərini həmin məzarda uyuyan türk əsgərinə ittihaf etmişlər. (4) Azərbaycan Respublikası 18 oktyabr 1991-ci il tarixdə dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən problemin obyektiv tədqiqi üçün şərait yaranmışdı. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlılarm soyqırımı haqqında” Fərmanının (26 mart 1998-ci il) bu işdə müstəsna rolu vardır. Fərmanda deyilir: “Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir... Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarlarm məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

Azərbaycan Respublikasının bütövlüyü uğrunda - Qarabağ döyüşlərində Qobustanın igid oğlanları canlarını əsirgəməmişlər. Qobustan rayonunda 49 nəfər şəhid, 11 itkin düşmüş və 43 nəfər Qarabağ Müharibəsi əlili vardır.

Şikarov Şikar Şükür oğlu: – Azərbaycanın Milli Qəhrəmanı - əslən Sündü kəndindəndir. 1953-cü ildə anadan olmuşdur. Bakı Ali Ümumqoşun Komandirlər məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. O Uzaq Şərqdə batalyon komandiri vəzifəsində işləmişdir. Sonra Frunze adına akademiyanı qurtarır. 35 yaşında ikən podpolkovnik rütbəsi alır. Almaniyada təkmilləşmə keçir. Ukraynada qərargah rəisi işləyir. Azərbaycanda gedən müharibə vaxtə vətənə qayıdır, Milli Ordunun yaradılmasında fəal iştirak edir. 1991-ci ildən Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin 1-ci müavini təyin edilir. 1992-ci ilin martında cəbhəyə gedir, bir çox döyüş əməliyyatlarının hazırlanıb həyata keçirilməsində hərbi mütəxəssis kimi xidmətlər göstərir. Ömrünü ölkəmizin bütövlüyü uğrunda gedən mübarizəyə həsr etmiş Şikar Şikarov 1992-ci ilin iyunun 13-də Tərtər döyüşlərində qəhrəmancasına şəhid olmuşdur. Şəhidlər Xiyabanında dəfn olunub. Onun yadigar iki övladı qalıb. Şikar Şikarov Azərbaycanın Milli Qəhrəmanıdır. Sündü kənd orta məktəbi qəhrəmanın adını daşıyır.

Qardaşəliyev Bahadur Mirzəalı oğlu: - 1968-ci ildə Qobustan rayonunu anadan olub.1993-cü ildə hərbi xidmətə çağırılıb. Vətən torpağının azadlığı uğurunda çətin döyüş yolu keçmiş Bahadur 1994-cü ilin martında Horadiz uğurunda gedən döyüşdə şəhid olub.

Səlimli Malik Kərəm oğlu: - 1973-cü ilin martın 6-da Qobustan rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olub. 1992-ci ilin yanvarında hərbi xidmətə çağırılıb. O, Ağdam ətraında gedən döyüşlərdə iştirak edib. 1992-ci ilin sentyabrında Fərrux uğurunda gedən dğyüşlərdə şəhid olub. Qobustan şəhər mədəniyyət evi şəhidin adını daşıyır.

Quliyev Ayaz Ağahüseyn oğlu: - 1967-ci ilin may ayının 1-də anadan olmuşdur Cəyirli kəndində anadan olub. 1993-cü ildə könüllü olaraq döyüşə yollanmışdır. Ayaz Ağdamın müdafiəsi uğurunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur. 1993-cü ilin avqustun 24-də Ağdamın Cəvahirli kəndi uğurunda gedən vuruşmada pulemyot ilə bir neçə erməni yaraqlısı məhv edən Ayaz özü də şəhidlik zirvəsinə ucalmışdır. Cəyirli kənd qəbirsanlığında əbədi uyuyur. Cəyirli kənd orta məktəbi şəhidin adını daşıyır. Məktəbin həyətində şəhidin büstü qoyulmuşdur.

Seyidov Okean Baday oğlu: - 1973-cü ildə Bədəlli kəndində anadan olub. 1992-ci ildə könüllü olaraq döyüşə yollanıb, çətin döyüş yolu keçən Okean 1993-cü ilin fevralında Ağdərə rayonu uğurunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Şabanov Mübariz Ənvər oğlu: - 1975-ci ilin fevralın 18-də Çuxanlı kəndində anadan olub. 1993-cü ildə ordu sıralarına çağırılıb. O, Ağdamın müdafiəsi zamanı qumbaraatan silahla düşmənin bir ədəd UAZ markalı avtomaşınını və bir tankını döyüş heyəti ilə birlikdə sıradan çıxarır. 1994-cü ilin fevralın 22-də gedən növbəti döüşlərin birində Mübariz düşmən gülləsinə tuş gələrək şəhid olub.

Əzimov Zakir Böyükağa oğlu: - 1972-ci ildə Ərəbşalbaş kəndində anadan olub. 1993-cü ilin yanvar ayında bir polis kimi cəbhəyə yollanmışdır. Cəsur döyüşçü 28 may 1993-cü ildə Goranboy rayonunun Gülüstan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Orxan Müstəcəbov 1993-cü ilin 5 mart günündə Qobustan rayonunun Bədəlli kəndində anadan olub.Əsgər Orxan Müstəcəbov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Azərbaycan torpaqları erməni daşnaklarının təcavüzünə məruz qalandan bu günə kimi xalqımızın vətənpərvər övladları, yaşından asılı olmayaraq, ana Vətənin harayına səs verdi - ölümün gözünə dik baxdılar! Belə şərəfli ömür sahiblərindən biri də həmyerlimiz, Müstəcəbov Orxan Ələsgər oğludur. 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsindən hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətdə olarkən dəfələrlə komandanlıq tərəfindən fəxri fərmanla, təşəkkürnamə ilə təltif edilən Orxan zabitlik kursunu da müvəffəqiyyətlə başa vuraraq ixtisası üzrə fəaliyyət göstərirdi.Orxan Müstəcəbov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.