Rayon haqqında məlumat

Qobustan rayonu Azərbaycanın Şirvan tarixi vilayətinin rayonlarından biridir.Tariximizin ilk daş səhifələrini min illərlə özündə yaşadan Qobustan diyarı Böyük Qafqaz dağlarının şərq və cənub-şərq ətəklərində Azərbaycan Respublikasının şərq hissəsində yerləşir. Azərbaycan Respublikasının Qobustan ərazisi tarixi-coğrafi məkan olmaqla qədim Şirvanın tarixi ərazisi Mingəçevirdən tutmuş Kür çayının böyük sol sahil torpaqları Dərbənd də daxil olmaqla Dərbənd Səddinə (qədim Dağıstana) kimi uzanmışdır. Elə buna görə də tarixi-coğrafi baxımdan Şirvan dedikdə Qobustan Şirvan ərazisi hesab edilməlidir. Lakin bununla yanaşı keçən əsr yazılı mənbələrində inzibati ərazi vahidi kimi Şamaxı qəzasının iki böyük nahiyəyə (sahəyə) ayrılması məlumdur. Bunlardan biri Qoşun sahəsi, digəri isə Qobustan sahəsi adlanmışdır.

Onu da qeyd edək ki, Azərbaycanın müasir fiziki-coğrafi bölgəsinə əsasən Qobustan özlüyündə ayrıca bir fiziki-coğrafi sahə (rayon) kimi qeyd edilir. Qobustan fiziki-coğrafi ərazisi şimaldan Baş Qafqaz silsiləsinin suayırıcı cənub yamacı Kürəkçi dağın (527 m) suayırıcı ilə Altıağac kəndinin cənubundan keçir.

Qərbdə Baş Qafqaz suayırıcı üzərindən Altıağac yanından başlayaraq Aladaş yaylası, Xilmilli (Xiləmilli) və Pirsaat çayının sol qolu Acıdərə çayla uzanaraq cənubunda Pirsaat çayının yatağı ilə davam edərək Səba düzünə çıxdıqdan sonra Hərəmi sıra dağlarının suayırıcı ilə Kiçik Hərəmi və Mişov dağ istiqamətində Ələt burnundan Xəzər dənizi ilə qovuşur. Şərq sərhəddi Xəzər dənizi, Abşeron yarımadasında Yasamal dərəsi Ceyrankeçməz çökəkliyi istiqamətində uzanır. Qobustan qərbdən şərqə 80 km, şimaldan cənuba 100 km məsafədə uzanır. Ümumiyyətlə fiziki-coğrafi sahə olmaqla Qobustan ərazisinin bir qismi Xızı, Abşeron, Qaradağ, Hacıqabul inzibati rayonlarına daxil olmaqla yanaşı onun əsas hissəsi (1369,4 km2 ) 24 aprel 1990-cı ildə yaradılmış Qobustan inzibati rayonuna daxildir.

Qobustan inzibati rayonunun ərazisi az istisna olmaqla keçmiş Mərəzə inzibati rayonunun ərazisinə uyğun gəlir. Onun şimal sərhəddi Şamaxı rayonu ərazisində Taxtayaylaq sistemi, şimal-şərqdən Xızı inzibati rayonu Çingil çayı boyu uzanaraq Cəngi kəndinin az şərqdə, şərqdə və cənub-şərqdən Abşeron inzibati rayonu, cənubdan kiçik bir məsafədə (6 km) Hacıqabul inzibati rayonu, cənub-qərbdən, qərbdən və şimal-qərbdən Şamaxı inzibati rayonları ilə sərhədlənir. Təxmini şimaldan cənuba 51 km, qərbdən şərqə isə 45 km məsafədə uzanır.

Qobustan inzibati rayonunun ərazisi mürəkkəb relyefə malik dağlıq sahədir. Onun öyrənilməsi ümumi Qobustan ərazisi daxilində tədqiqatçıların diqqətindən kənarda qalmamış, onun tərkibində araşdırılmışdır. Qobustan rayon ərazisi cənub-şərqə doğru meyllidir. Ərazi oroqrafiyasına görə dağlıq yayla tənəli öndağ, düzənliklər olmaqla üç yerə bölünür. Dağlıq yayla Qobustanın şimal-qərb hissəsini əhatə edir. Bura dərin dərələrə parçalanmış düzən (penplen) səthli dağlıq sahələridir. Cənub-şərqə doğru alçalaraq yastı düzənliklər mövcuddur. Üçüncüsü, dördüncü dövrlərin yumşaq çöküntü süxurlarından ibarət olduqlarına eroziyaya daha çox məruz qalıb yuyulub aşınaraq yarğan və dərələrin inkişafına səbəb olmuşdur. Acıdərə yaxınlığında dağlarda gil karstı inkişaf etmişdir. Buna görə də tipik karst landşaftı yayılmışdır. Belə karstı sahələr Pirsaat çaylı göl qolları, Acıdərə çaylı, Zəngi dərə (Qapçı) çay arasında bedlend (yararsız) psevda-karst (yalançı karst) inkişaf etmişdir.

Sumqayıt, Ceyrankeçməz çay dərələrində sürüşmə hadisələri yayılmışdır. Öndağ şərq cənub-şərq hissələrini əhatə edir. Burada palçıq vulkanları geniş yayılmışdır, gil karst relyefi müşahidə edilir. Düzən Qobustan isə inzibati rayonunun ərazisindən kənarda-cənubdadır. Qobustan relyef formalarının əmələgəlməsində küləklərin, yağıntıların palçıq vulkanlarının rolu böyükdür. Palçıq vulkanları relyefdə xüsusi xarakterə malikdir. Rayon ərazisində Cəyirli, Şorsulu, Kolanı, Şeyxsərli, Qoduq qıran və s. palçıq vulkanları vardır.

Rayon ərazisində Sündü, Mərəzə, Pirdirəki, Qılıcan, Yacvanı, Gicəki, Qarpızlı yaylaları, Şaiblər, Qaiblər, Böyük Gicəki, Şəmşəddin, Sunqur, Bayanata, Girdə və s. yüksəklikləri qeyd etmək olar. Geoloji baxımdan Qobustanda məhsuldar qat neft və qazla zəngindir. Bunların təbii göstəriciləri palçıq vulkanlarıdır. Qobustanda da təbii halda Nabur, Hilmilli (Xilmilli), Cəyirli Şorsulu, Ərəbqədim, Şeyxzərli, Kolanı və s. palçıq vulkanlarında təzahür edir.

Rayonda müxtəlif tikinti materialları ehtiyatı (əhəngdaşı, qum, çınqıl), sənaye əhəmiyyətli gillər, vulkan külü, gips, şist və s. ehtiyatı vardır.

Qobustanda ərazinin relyefi – dərələr, yarğanlar, qayalar, toponimik şəkildə öz əksini tapmışdır. Bu yerlərin baharı çox gözəl olur – lalələr, çobanyastığı, qaymaqçiçəyi gül açır. Qobustan relyef formalarının əmələgəlməsində küləklərin, yağıntıların palçıq vulkanlarının rolu böyükdür. Rayon ərazisində Cəyirli, Şorsulu, Kolanı, Şeyxsərli, Qoduq qıran və s. palçıq vulkanları vardır. Rayonda müxtəlif tikinti materialları ehtiyatı (əhəngdaşı, qum, çınqıl), sənaye əhəmiyyətli gillər, vulkan külü, gips, şist və s. ehtiyatı vardır. Rayonda əkinçilik ənənəvi sahələrdən biridir. Rayon öz əhalisini maksimum səviyyədə taxılla təmin edir. Taxılçılıq əsasən dəmyə şəraitində becərilir. Şimalda Meysəri (Haçaqaya d., 1241 m) və Yurtandağ silsilələri (Yurtandağ d., 898 m), mərkəzdə Mərəzə yaylası, Gicəki tirəsi (Gicəki d., 1047 m) əsas oroqrafik vahidlərdir. Neft, təbii qaz, yanar şist yataqları, tikinti materialları, çoxlu bulaqlar və palçıq vulkanları vardır.

Qobustanın torpaq örtüyü müxtəlifdir. Şərq hissədə boz, qonur şorakətli, şimal-qərbdə şabalıdı torpaqlar yayılmışdır. Qobustan adi görünüşündən fərqli olaraq bitki örtüyü ilə zəngindir. Azərbaycandakı 4000 bitki növündən 470 növünə burada təsadüf olunur. Əksəriyyəti çiçəkli bitkilərdir. Məsələn, şoran tipli yovşan, qarağan, kəngiz, xoruzgülü, qanqal, ölgürgən qayıq çiçək, baldırğan, əngiran, gülxətmi, əsmə çiçək və s. kserofit bitkilər yayılmışdır.

Quraqlığa davamlı kollar-nar, murdarça, iydə, əncir, qaramıx, itburnu, quş üzümü və başqa da vardır. Onu da qeyd edək ki, belə kolluqlar daşlı qayalarda bitməyə uyğunlaşmışlar. Çünki kiçik şehənəm yağıntılardan daşlar üzərinə düşən su damcılarından asanlıqla qidalana bilərlər.

Heyvanlar aləmi yoxsuldur. Vaxtı ilə burda geniş yayılmış məməlilərdən Ceyranın yer adlarında izi qalmışdır (Ceyran bulağı, Ceyran nohuru, Ceyrankeçməz çayı və.s). Vaxtı ilə kaftar və.b heyvanlar yaşamışdır. Lakin onun nəsli kəsilmişdir. Hazırda canavar, çaqqal, tülkü, porsuq, dovşan, sürünənlərin isə müxtəlif zəhərli növləri (ilan, kərtənkələ)kirpi, bağa və müxtəlif növ quşlar mövcuddur.

Rayonun iqlimi əsas etibarı ilə yarımsəhra iqlimidir. Tariximizin ilk daş səhifələrini minlərlə özündə yaşadan Qobustan diyarı Böyük Qafqaz dağlarının şərq və cənub-şərq ətəklərində azərbaycan Respublikasının şərq hissəsində yerləşir. Azərbaycan Respublikasının Qobustan ərazisi tarixi-coğrafi məkan olmaqla qədim Şirvanın tarixi ərazisi Mingəçevirdən tutmuş Kür çayı böyük sol sahil torpaqları Dərbənddə daxil olmaqla Dərbənd Səddinə (qədim Dağıstana) kimi uzanmışdır. Elə buna görə də tarixi-coğrafi baxımdan Şirvan dedikdə Qobustan Şirvan ərazisi hesab edilməlidir. Lakin bununla yanaşı keçən əsr yazılı mənbələrində inzibati ərazi vahidi kimi Şamaxı qəzası iki böyük nahiyəyə (sahəyə) ayrılması məlumdur. Bunlardan biri Qoşun sahəsi, digəri isə Qobustan sahəsi adlanmışdır.

Onu da qeyd edək ki, azərbaycanın müasir fiziki-coğrafi bölgəsinə əsasən Qobustan özlüyündə ayrıca bir fiziki-coğrafi sahə (rayon) kimi qeyd edilir. Qobustan fiziki-coğrafi ərazisi şimaldan Baş Qafqaz silsiləsinin suayırıcı cənub yamacı Kürəkçi dağın (527 m) suayırıcı ilə Altıağac kəndinin cənubundan keçir.

Qərbdə Baş Qafqaz suayırıcı üzərindən Altıağac yanından başlayaraq Aladaş yaylası, Hilmilli (Xiləmilli) və Pirsaat çayının sol qolu Acıdərə çayla uzanaraq cənubunda Pirsaat çayının yatağı ilə davam edərək Səba düzünə çıxdıqdan sonra Hərəmi sıra dağlarının suayırıcı ilə Kiçik Hərəmi və Mişov dağ istiqamətində Ələt burnundan Xəzər dənizi ilə qovuşur. Şərq sərhəddi Xəzər dənizi, Abşeron yarımadasında Yasamal dərəsi Ceyrankeçməz çökəkliyi istiqamətində uzanır. Ərazi Qobustan qərbdən şərqə 80 km, şimaldan cənuba 100 km məsafədə uzanır. Ümumiyyətlə fiziki-coğrafi sahə olmaqla Qobustan ərazisinin bir qismi Xızı, Abşeron, Qaradağ, Hacıqabul inzibati rayonlarına daxil olmaqla yanaşı onun əsas hissəsi (1369,4 km²) 24 aprel 1990-cı ildə yaradılmış Qobustan inzibati rayonuna daxildir.

Qobustan inzibati rayonu ərazisi az istisna olmaqla keçmiş Mərəzə inzibati rayonunun ərazisinə uyğun gəlir. Onun şimal sərhəddi Şamaxı rayonu ərazisində Taxtayaylaq sistemi, şimal-şərqdən Xızı inzibati rayonu Çingil çayı boyu uzanaraq Cəngi kəndinin az şərqdə, şərqdə və cənub-şərqdən Abşeron inzibati rayonu, cənubdan kiçik bir məsafədə (6 km) Hacıqabul inzibati rayonu, cənub-qərbdən, qərbdən və şimal-qərbdən Şamaxı inzibati rayonları ilə sərhədlənir. Təxmini şimaldan cənuba 51 km, qərbdən şərqə isə 45 km məsafədə uzanır.

Qobustan inzibati rayonu ərazisi mürəkkəb relyef malik dağlıq sahədir. Onun öyrənilməsi ümumi Qobustan ərazisi daxilində tədqiqatçılarının diqqətindən kənarda qalmamış, onun tərkibində araşdırılmışdır.

Qobustan rayon ərazisi cənub-şərqə doğru meyllidir. Ərazi oroqrafiyasına görə dağlıq yayla tənəli öndağ, düzənliklər olmaqla üç yerə bölünür.

Dağlıq yayla Qobustanın şimal-qərb hissəsini əhatə edir. Bura dərin dərələrə parçalanmış düzən (penplen) səthli dağlıq sahələridir. Cənub-şərqə doğru alçalaraq yastı düzənliklər mövcuddur. Üçüncüsü, dördüncü dövrlərin yumşaq çöküntü süxurlarından ibarət olduqlarına eroziyaya daha çox məruz qalıb yuyulub aşınaraq yarğan və dərələrin inkişafına səbəb olmuşdur.

Acıdərə yaxınlığında dağlarda gil karstı inkişaf etmişdir. Buna görə də tipik karst landşaftı yayılmışdır. Belə karstı sahələr Pirsaat çaylı göl qolları, Acıdərə çaylı, Zəngi dərə (Qapçı) çay arasında bedlend (yararsız) psevda-karst (yalançı karst) inkişaf etmişdir.

Sumqayıt, Ceyrankeçməz çay dərələrində sürüşmə hadisələri yayılmışdır.

Öndağ şərq cənub-şərq hissələrini əhatə edir. Burada palçıq vulkanları geniş yayılmışdır, gil karst relyefi müşahidə edilir. Düzən Qobustan isə inzibati rayonunun ərazisindən kənarda-cənubdadır.

Qobustan relyef formalarının əmələgəlməsində küləklərin, yağıntıların palçıq vulkanlarının rolu böyükdür. Palçıq vulkanları relyefdə xüsusi xarakterə malikdir. Rayon ərazisində Cəyirli, Şorsulu, Kolanı, Şeyxsərli, Qoduq qıran və s. palçıq vulkanları vardır.

Rayon ərazidə Sündü, Mərəzə, Pirdirəki, Qılıcan, Yacvanı, Gicəki, Qarpızlı yaylaları, Şaiblər, Qaiblər, Böyük Gicəki, Şəmşəddin, Sunqur, Bayanata, Girdə və s. yüksəklikləri qeyd etmək olar.

Geoloji baxımdan Qobustanda məhsuldar qat neft və qazla zəngindir. Bunların təbii göstəriciləri palçıq vulkanlarıdır. Qobustanda da təbii halda Nabur, Hilmilli (Xilmilli), Cəyirli Şorsulu, Ərəbqədim, Şeyxzərli, Kolanı və s. palçıq vulkanlarında təzahür edir.

Rayonda müxtəlif tikinti materialları ehtiyatı (əhəngdaşı, qum, çınqıl), sənaye əhəmiyyətli gillər, vulkan külü, gips, şist və s. ehtiyatı vardır.

Qobustan rayonu bir çox sənət nümunələri ilə Azərbaycan mədəniyyəti tarixinə çox böyük şəxsiyyətlər bəxş etmiş bir rayondur.Bu bölgə məşhur xanəndələri,aşıqları,toxucuları,xalçaçıları ilə çox məşhurdur.

Dünya şöhrətli xanəndə,Azərbaycan Respublikasının Xalq Artisti Alim Qasımov(, Azərbaycan Respublikasının Xalq Artisti Zabit Nəbizadə, Azərbaycan Respublikasının Xalq Artisti Nazpəri Dostəliyeva, Azərbaycan Respublikasının Əməkdar Artisti Elnarə Abdullayeva, Azərbaycan Respublikasının Əməkdar Artisti Bəsti Sevdiyeva, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Respublika Muğam müsabiqəsinin qalibləri Abgül Mirzəliyev,Xətai Hacıyev,Maşallah Mirzəliyev ,Nişanə Baxışova,Elburus Niftəliyev,tanınmış aşıqlardan aşıq Məmmədağa Babayev,Aşıq Abbas Söhbətov,Aşıq Xanış Zahidov,Aşıq Rza Məmmədov,Aşıq Əvəz,Aşıq Mahmud Ələsgəroğlu,Aşıq Vüqar Mahmudoğlu,Aşıq İslam Məmmədov,Aşıq Zahid Məmmədov,Aşıq Əli Tapdıqoğlu,məşhur rejissor və aktyor ŞeyxƏbdül Mahmudbəyov və digərləri məhz Qobustan mədəni mühitinin yetirmələridirlər.

Hal-hazırda Qobustan rayonunda bu ənənələr uğurla davam etdirilir.Rayonda bir çox musiqi ansamblları fəaliyyət göstərir.Sündü Folklor Evinin “Bulaq” rəqs qrupu,Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin və rayon Mədəniyyət Mərkəzinin ansamblları öz fəaliyyətlərini uğurla davam etdirirlər.Şəhər İncəsənət məktəbinin müəllimləri bu ansamblların fəal üzvləridirlər.Bununla bərabər olaraq Uşaq İncəsənət məktəbinin şagirdlərdən ibarət rəqs qrupu,saz çalanlar qrupu,şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblı,nağaraçalanlardan ibarət “Qobustan”ritm qrupu rayon tədbirlərində uğurla iştirak edirlər.

Qobustan xalçaçıları Şirvan xalçaçılıq məktəbinin demək olar ki,əsasını təşkil edir.Cəyirli,Çalov,Nabur,Qurbançı,Cəm-Cəmli,Şıxzahırlı,Təklə,Çuxanlı və digər kəndlərdə toxunan xalça növləri öz unikallığı ilə bir-birindən fərqlənir.