Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Heydər Əliyev Mərkəzi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2007 – ci ilin oktyabr ayında açılmışdır. Mərkəzin binası iki mərtəbədən ibarətdir, ümumi sahəsi 600 kv.m-dir. Birinci mərtəbə 300 kv.m olmaqla Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdiren 252 ədəd foto şəkillərdən və Mərkəzdə fəaliyyət göstərən tədqiqat qrupunun araşdırmaları nəticəsində əldə edilmiş 30a yaxın Heydər Əliyevin Qobustan rayon ərazisinə səfəri ilə bağlı foto şəkillərdən ibarət ekspozisiya salonudur.

Qobustan Rayon Heydər Əliyev Mərkəzi Qobustan şəhər Heydər Əliyev pr.,1 yerləşir.

İkinci mərtəbənin bir hissəsi Heydər Əliyevin irsinin öyrənilməsi ilə bağlı dərslərin və digər tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 50 nəfərlik auditoriyadan digər hissəsi isə iki ədəd kobinetdən ibarətdir.

Binanın hər iki mərtəbəsi kondisionerlərlə təchiz olunmuşdur.