Mərkəzin binası

Mərkəzin binası iki mərtəbədən ibarətdir, ümumi sahəsi 600 kv.m-dir. Birinci mərtəbə 300 kv.m olmaqla Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdiren 252 ədəd foto şəkillərdən ibarətdir. Zalda dahi şəxsiyyətlə bağlı filmlər izləmək üçün 1 ədəd böyük ekranlı Televizor yerləşdirilmişdir.Mərkəzdə fəaliyyət göstərən tədqiqat qrupunun araşdırmaları nəticəsində əldə edilmiş 30a yaxın Heydər Əliyevin Qobustan rayon ərazisinə səfəri ilə bağlı foto şəkillərdən ibarət ekspozisiya salonudur. Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsinin, müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə, Qobustan rayon Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyevin irsinin tədrisi dərsləri 21 noyabr 2014 – cü il tarixindən 23 aprel 2015 - ci il tarixinə qədər keçirilmişdir. Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra orqanları rəhbərləri və nazirlərin yerlərdə vətəndaşların qəbulu ilə bağlı görüşlər, əlamətdar və tarixi günlərə həsr olunmuş tədbirlər, respublika səviyyəli seminar- treninqlər və maarifləndirici tədbirlərin keçirilməsi təmin olunur. Heydər Əliyev Mərkəzində gənclərin nigah mərasimi də keçirilirmişdir. Belə ki, 2014- cü il tarixindən bu günə qədər 68 nigah mərasimi Heydər Əliyev Mərkəzində qeydə alınmışdır.