Qazaxda mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüş

Qazaxda mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüş

Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması sahəsində görülən işlər respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yüksək qiymətləndirilir. Xüsusilə də ölkə başçısı tərəfindən ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi təqdirəlayiq hal kimi qeyd olunur.Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq respublikamızda rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərinin Qazaxda da birmənalı şəkildə yerinə yetirildiyini bildirib. Ölkə başçısının bu sahədə barışmaz mövqeyini hər zaman əldə rəhbər tutaraq şəffaflığın təmin olunması sahəsində məqsədyönlü işlər gördüyünü bildirib. Ən əsası da şəffaflığın bütün sahələri, o cümlədən də mədəniyyət sahəsini əhatə etdiyini qeyd edib. İcra başçısı son illər rayonda bütün sahələrdə şəffaflığın tam təmin olunduğunu, neqativ halların aradan qaldırıldığını vurğulayıb və bundan sonra da şəffaflığın tam təmin olunacağını söyləyib.

İcra başçısı ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət sahəsinə, bu sahədə olan insanlara verdiyi qiymətin, göstərdikləri yüksək dövlət qayğısının müqabilində bu cür addımların atılmasını bağışlanılmaz hal kimi qeyd edib. Vicdanı olan, şəxsiyyətinə hörmət edən hər bir dövlət məmurunun ölkə başçısının tapşırıq və tövsiyələrindən nəticə çıxarmalarını, dövlətə, dövlətçiliyə sadiqlik nümayiş etdirmələrini bildirib.