Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbdə büstünün açılışı olub.

Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbdə büstünün açılışı olub.

Qərbin qapısı kimi tanınan, tarixi şəxsiyyətləri, Xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə bütün aləmə, yaxına, uzağa səs salan, sazın, sözün qüdrəti ilə öz sözünü deməyi bacaran Qazaxda bu gün daha bir tarixi gün yaşanıb.

Sentyabrın 11-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbdə büstünün açılışı olub.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Xalq yazıçısının övladları Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna", "Zerkalo" qəzetlərinin, ayna.az saytı və Ayna TV-nin təsisçisi və baş redaktoru Elçin Şıxlı, rəssam, jurnalist, "Ayna", "Zerkalo" qəzetlərinin məsul katibi Fərrux Şıxlı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Bakıdan qonaq gəlmiş Əməkdar jurnalist, filologiya elmləri doktoru, BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli, "Yeni nəsil” Jurnalistlər Birliyinin sədri, "Bakı Press klubu”nun prezidenti Arif Əliyev, "Altun kitab” nəşriyyatının təsisçisi və direktoru, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov, rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin üzvü Tahir Tahiroviç (Əliyev), rəssam Qafar Sarıvəlli, "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərindən professor Məti Osmanoğlu, şair Rəfayıl İncəyurd, Səbinə Yusif, Vətən müharibəsi iştirakçısı, "Qarabağ” ordenli, polkovnik Elçin Məmmədov, idarə, müəssisə rəhbərləri, ziyalılar, məktəb direktorları, ağsaqqallar, AYB-nin üzvləri, Xalq yazıçısının adını daşıyan məktəbin müəllimləri, kənddə yaşayan qohumları, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xalq yazıçısının xatirəsini əbədiləşdirən büstün açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb.

Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.