Qazaxda mədəniyyət işçilərinin iştirakı ilə geniş tərkibdə videokonfrans keçirilib

Qazaxda mədəniyyət işçilərinin iştirakı ilə geniş tərkibdə videokonfrans keçirilib

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mədəniyyət işçilərinin iştirakı ilə geniş tərkibdə videokonfrans keçirilib.

Videokonfransda Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Gülnar Quluyeva və Teybə Hüseynova, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Valeh Vəliyev, 80-ə yaxın mədəniyyət işçisi iştirak ediblər. Videokonfransda avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə səslənən fikirlərdən, həmçinin, dövlət başçısının rəhbərliyi altında ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən mübarizə tədbirlərindən söhbət açılıb.

Videokonfransda Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov,Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Valeh Vəliyev çıxış etmiş və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə sahəsində görülmüş işlərin mədəniyyət işçiləri tərəfindən də yüksək qiymətləndirildiyini bildriblər.