Qazaxda mədəniyyət işçilərinin və gənclərin iştirakı ilə videokonfrans keçirilib


Qazaxda mədəniyyət işçilərinin və gənclərin iştirakı ilə videokonfrans keçirilib

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mədəniyyət işçilərinin, gənclərin, gənc könüllülərin iştirakı ilə videokonfrans keçirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənovanın, Qazax RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyevanın iştirakı ilə təşkil olunan videokonfransda avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə səslənən fikirlərdən söz açılıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova videokonfrans iştirakçılarını rayon rəhbərinin adından salamlayıb, keçirilən videokonfransın məqsəd və əhəmiyyətindən danışıb.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev,Qazax "Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov çıxış edərək mövzu ətrafında çıxış etmişdirlər.