Qazaxda "Gənclər dövlətin və dövlət başçısının yanındadır" mövzusunda onlayn könfrans keçirilmişdir

Qazaxda "Gənclər dövlətin və dövlət başçısının yanındadır" mövzusunda onlayn könfrans keçirilmişdir

Qazax rayon Heydər Əliyev Mərkəzi 27 iyul 2020-ci il tarixdə saat 15:00-da Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax “Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən təşkil edilən “Gənclər dövlətin və dövlət başçısının yanındadır” başlığı altında onlayn konfransda iştirak etmişdir. Konfransı giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev açaraq qeyd etmişdir ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Həmçinin vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şəraitin yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Daha sonra Qazax Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun rayonda gənc və yeniyetmələrin vətənpərvər ruhda böyüməsi, tərbiyə olunması üçün kütləvi vətənpərvərlik tədbirlərinin keçirilməsinə hər zaman böyük önəm verdiyini bildirmiş, rayonumuzda gənclərin hər tərəfli inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd etmişdir. Videokonfransda Qazax “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov, YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli, Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin müfəttişi Elmar Məmmədov, BDU-Qazax filialının Tələbə Gənclər Təşkilatının sədri İlkin Hüseynov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, fəal gənc Ülvi Zeynalov, Qazax rayon Gənclər və İdman idarəsinin könüllüsü Şəhadət Abbasov, Qazax “Gənclər evi” sosial xidmət müəssisəsinin könüllüsü Zəminə Quliyeva mövzu ətrafında geniş çıxış etmişlər.