Qazaxda "Pandemiya dövründə Könüllülük hərəkatı" başlığı altında onlayn görüş keçirilib


Qazaxda "Pandemiya dövründə Könüllülük hərəkatı" başlığı altında onlayn görüş keçirilib

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da ölkə Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş ”Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir.

Bu gün Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planının 5.7.5-ci (Gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi) bəndinin icrasının təmin edilməsi məqsədilə "Pandemiya dövründə Könüllülük hərəkatı" başlığı altında onlayn görüş keçirilib.

Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan onlayn görüşdə tələbə könüllülər iştirak edib. Tədbirə ümumilikdə 41 nəfər qatılıb.

Onlayn görüşü giriş sözü ilə açan Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev pandemiya dövründə gənc könüllülərin fəaliyyəti haqqında geniş məlumat verib. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun gənclərə, xüsusilə də könüllü gənclərə göstərdikləri diqqət və qayğıdan danışıb. V.Nəbiyev həmin qayğıdan ruhlanan gənclərin pandemiya dövründə yüksək fəallıq nümayiş etdirdiklərini bildirib.

Qazax "Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüsü Şəhadət Abbasov və Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüsü Ülvi Zeynalov çıxış edərək koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən tədbirlərdən, o cümlədən gənc könüllülərin həmin tədbirlərdə fəal iştirakından söz açıblar.