Yaxın mədəniyyət müəssisələri

Yaxın mədəniyyət müəssisələri

Qazax rayon Heydər Əliyev Mərkəzinə yaxın məsafədə 2 mədəniyyət müəssisəsi və 1 park yerləşir.

Heydər Parkı - 1998-ci ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 75-ci ildönümü münasibətilə Qazax şəhərinin içərisindən keçən Ağstafa çayının sağ sahilində, 9 ha ərazidə park salınmış və sonradan həmin parkda Heydər Əliyevin qranit heykəli ucaldılmışdır. 2008-ci ildə Heydər Əliyevə ümumxalq məhəbbətinin təcəssümü olaraq Onun mənalı ömür yolunu və siyasi fəaliyyətini təbliğ etmək məqsədilə Heydər Əliyev Mərkəzi tikilib istifadəyə verilmişdir.

Gənclər Mərkəzi - 2012-ci ildə inşa edilmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazax rayonuna səfəri zamanı açılışı olmuşdur. İki mərtəbədən inarət olan "Gənclər Mərkəzi" nin sahəsi 1160 kv.m-dir. Mərkəz 214 nəfərlik zal, Karaoke klub, Foye, müxtəlif təyinatlı bir neçə otaqdan ibarətdir.

Şahmat Mərkəzi - 2012-ci ildə inşa edilmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazax rayonuna səfəri zamanı açılışı olmuşdur. Ümumi sahəsi 7000 kv.m olan Mərkəz 5 sinif otağı, idman zalı, komputer otağı və bufetdən ibarətdir.