Kitabxana

Qazax rayon Heydər Əliyev Mərkəzində 16 iyun 2016-cı il tarixdən Qazax rayon Multimedia Kitabxanası fəaliyyət göstərir. Multimedia kitabxanasının 5559 kitabdan ibarət fondu vardır. Bunların 2475 ədədi latın qrafikalı, 289 kitab rus dilində, 9 ingilis dilində kitab olmaqla, təbiət, tibb, səhiyyə, texnika, kənd, meşə təsərrüfatı, ictimai humanitar elmlər, siyasət, iqtisadiyyat, hüquq. elm, təhsil, mədəniyyət, incəsənət, turizm, filologiya, bədii ədəbiyyat, di, fəlsəfə, psixologiya, biblioqrafik vəsaitlər, məlumat nəşrləri, audiovizual sənədlərdən ibarətdir. Kitabxanada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və ölkə Prezidenti cənab İlham Əliyev həsr olunmuş kitablardan ibarət xüsusi guşə yaradılmışdır. Multimedia kitabxanası milli və dünya ədəbiyyatının təbliğində, oxucuların asudə vaxtlarının səmərəli keçməsində, kütləvi tədbirlərdə ən önəmli informasiya vasitəsidir.

Müasir tələblərə cavab verən Qazax rayon multimedia kitabxanası öz fəaliyyətini "Kitabxana işi haqqında" Azərbaycan Respublikası qanununa və kitabxana fəaliyyətinə uyğun şəkildə qurmuşdur.