Heydər Əliyev və Qazax

Heydər Əliyev və Qazax

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 3 dəfə Qazax rayonunda səfərdə olmuşdur.

1. 27 iyul 1971- ci il

2. 17 sentyabr 1979-cu il

3. 7 oktyabr 1998-ci il

Ulu Öndər Heydər Əliyevin Qazaxa ilk səfəri 27 iyul 1971- ci ildə olmuşdur. Səfəri zamanı Heydər Əliyev Ağstafa çay su dəryaçasının açılışında iştirak etmiş, rayon partiya komitəsinin binasında rayonun qabaqcıl zəhmətkeşləri ilə görüş keçirmişdir.Kiçik Qafqaz dağlarından başlanan Agstafa çayı dar Dilican dərəsindən sürətlə axır və Didevan dağı rayonunda Kür ovalığına çıxır. Kür çayına milyonlarla kubmetr su axıtmasına baxmayaraq respublikanın qərb rayonları bu sudan istifadə edə bilmirdilər. 1969-cu ildə Heydər Əliyev Mərkəzi Komitənin I katibi seçildikdən sonra Azərbaycanda quruculuq işlərinə start verildi. Agstafa çay su dəryaçasının inşası bu işlərin bir hissəsi idi. Bu dəryaça istifadəyə verildikdən sonra respublikanın qərb rayonları təsərrüfatlarını suvarmaq imkanı əldə etdilər.Dəryaçanın rəsmi açılış hissəsində Azərbaycan Baş Meliorasiya və Su Qurğuları Tikintisi İdarəsinin rəisi P.Poladzadə, Ərəş Pənahov, Hüseyin Arif və başqaları çıxış etmiş, dəryaçanın əhəmiyyətindən və səmərəliliyindən danışmışdırlar. Sonra Heydər Əliyev çıxış etmiş və Ərəş Pənahova, Fərhad Eyvazova respublikanın "Əməkdar inşaatçısı", Daniel Tuzkayeva isə "Əməkdar mühəndis" adı fəxri adı verilmişdir.Görüş bitdikdən sonra Heydər Əliyev düyməni basıb, dəryaçadan suyu bəndə buraxmışdır.

Sonra Heydər Əliyev yenicə tikilmiş Univermaq binasına baxış keçirmiş və yerindəcə Rayon Partiya Komitəsinin I katibi Barat Qaravəliyevə Qazaxda digər sosial obyektlərin tikilib istifadəyə verilməsi barədə tapşırıqlar vermişdir.Heydər Əliyevin verdiyi bu tarixi tapşırıqların Qazax üçün böyük əhəmiyyəti oldu.1971-ci ildə Heydər Əliyevin Qazaxa ilk gəlişi rayonun yenidən qurulmasının bünövrəsi oldu.

Agstafa çay dəryaçasının açılışında iştirak edib Bakıya qayıtdıqdan dərhal sonra tikinti nazirlikləri komitələrinin nümayəndələri rayona ezam olundular, ilk olaraq baş plan tərtib edildi, tikiləcək binaların, obyektlərin yerləri müəyyənləşdirildi, sonra bakıdan Qazaxa mühəndislər, tikinti briqadaları gəlməyə başladılar. Tikinti işlərinə 1971-ci il avqustun 15- də start verildi.Qazax böyük bir tikinti meydançasına çevrildi.10 illik plan 8 ilə başa çatdırıldı.

Bir neçə 5 mərtəbəli, bir 9 mərtəbəli, Mərkəzi xəstəxana, 2 saylı orta məktəb, Rabitə qovşağının və Prokurorluğun binası, Avtovağzal, Stadion, Qazax dəmiryol xətti, Dəmiryol vağzalı, Konserv zavodu, Kooperativlər İttifaqı, Kənd Təsərrüfatı Texnikumunun binası, Səməd Vurğun Poeziya evi, Daş Salahlıda Gil Zavodu, onlarla su artezian quyuları, kanalizasiya xətləri tikilib istifadəyə verildi. Bir sözlə 1971-1979- cu illərdə Qazax rayonu yenidən quruldu.

Heydər Əliyevin Qazax rayonuna ikinci səfəri 1979- cu il sentyabrın 17-də olmuşdur. Səfərin məqsədi bütün bu tikililərin açılışında iştirak etmək və sovxozlarda zəhmətkeşlərlə görüşlər keçirmək idi. Heydər Əliyevin rayona ikinci səfəri də tarixi məqamlarla zəngin olmuşdur.Belə ki, rayonun bir sıra kəndlərində, Orta Salahlıda, Daş Salahlıda və Yuxarı Salahlıda sovxozlarda zəhmətkeşlərlə görüşlər keçirmiş, Yuxarı Salahlıda Səməd Vurgunun Poeziya evinin açılışında iştirak etmiş və orada kənd sakinləri ilə görüş keçirmişdir.Bu görüşlər də tarixin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Heydər Əliyevin Qazax rayonuna üçüncü səfəri müstəqillik illərinə təsadüf edir. 1998-ci il oktyabrın 8-də Heydər Əliyev ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində öz seçiciləri ilə görüşmək məqsədilə rayona səfər etmişdir. Qazax sakinləri ilə görüşdükdən sonra Azərbaycanla Gürcüstanı birləşdirən yeni tikilmiş körpünün açılışında iştirak etmiş və orada Gürcüstan Prezidenti Eduard Şeverdnadze ilə birlikdə yerli əhali ilə görüşmüşdür.

Heydər Əliyevin Qazax haqqında dediyi sözlər.

“Siz, əziz Qazaxlılar!

Burada həm öz torpağınızı qoruyursunuz, həm Azərbaycanı qoruyursunuz.

Siz bütün Azərbaycan xalqının dayağısınız.”

“Qazax yaxşı rayondur, adamları da zəhmətsevərdirlər. Rayonun kənd təsərrüfatı üçün yaxşı şərait və böyük zəmin var.Sadəcə olaraq ondan səmərəli istifadə edib inkişaf etdirmək lazımdır”

“Əziz qazaxlılar! Qazax rayonu ərazisinə və əhalisinə görə çox görkəmli bir Azərbaycan diyarıdır”

“ Mənim üçün Qazaxa gəlmək çox xoşdur” 70-80 illərdə Azərbaycanın rəhbəri olduğum zaman Qazax rayonunun inkişafı üçün çox işlər görmüşəm.

“1971-ci ildə Ağstafaçay dəryaçasını açmaq üçün Qazaxa gəldim. Qazax rayonu,Qazax camaatı bu diqqətə,bu hörmətə layiqdir.”

“Qazax Azərbaycanın həyatında mühüm yer tutur. Qazax Azərbaycan xalqına böyük şəxsiyyətlər bəxş edibdir.”

“Bu gün Qazaxlılar müstəqil Azərbaycanın dövlət quruculuğunda ,ictimai-siyasi islahatların həyata keçirilməsində görkəmli yer tuturlar. Mən böyük minnətdarlıq hissi ilə deyirəm ki, Azərbaycanda istimai-siyasi vəziyyətin sabitləşməsində,93-cü ildə vətəndaş müharibəsinin qarşısının alınmasında qazaxlılar,Qazax rayonunun vətəndaşları vətənpərvər insanlar böyük xidmətlər göstərmişlər.”