Muzeydə Ümummilli liderin həyat və siyasi fəaliyyətindən bəhs edən, hər birində 7 foto- şəkil olmaqla 8 lövhə vardır.

Muzeyin ekspozisiya sahəsi 22 avqust 2008- ci il tarixdə Heydər Əliyev Fondunun İcraçı direktoru Anar Ələkbərov və mövzu- ekspozisiya planının müəllifi, Heydər Əliyev Fondunun baş mütəxəssisi Məhəbbət Mehdiyeva tərəfindən təsdiq edilmiş Ekspozisiya planına əsasən 2 hissəyə bölünür. Birinci hissə Heydər Əliyevin uşaqlıq illəri, ailəsi, tələbəlik illəri, Azərbaycan Dövlət Təhlükəsizlik orqanlarındakı fəaliyyəti və Qazax rayonuna səfərləri də daxil olmaqla 1923- cü ildən 1987- ci ilədək olan dövrləri əhatə edir.

İkinci hissə isə Ulu Öndərin Azərbaycana qayıdışı, Bakıda və Naxçıvanda yaşadığı illər, ölkənin və xalqın həyatında əsaslı dönüşlərə səbəb olan ordu quruculuğu, elm, təhsil, mədəniyyət, neft strategiyası sahəsində gördüyü işlər və Qazax rayonuna səfəri də daxil olmaqla 1990- cı ildən 2003- cü ilədək olan dövrü əhatə edir.