Qazax Heydər Əliyev Mərkəzi Muzeylər Günü ilə əlaqədar videokonfrans

Qazax Heydər Əliyev Mərkəzi Muzeylər Günü ilə əlaqədar videokonfrans

18May Beynəlxalq Muzeylər Gününə həsr olunmuş videokonfrans keçirildi

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzi,Qazax rayon Heydər Əliyev Mərkəzi,Ağstafa rayon Heydər Əliyev Mərkəzi,Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyi,Tovuz rayon Aşıq Sənəti Dövlət Muzeyi,Qazax Tarix-Diyarşünaslıq Muzeyi,Ağstafa Tarix-Diyaşünaslıq Muzeyi,H.Arifin ev Muzeyi birgə təşkilatçılığı ilə 18may Beynəlxalq Muzeylər Günü ilə bağlı zoom proqramı vasitəsi ilə genış tərkibdə tədbir keçirilmişdir.

Tədbirdə Qazax Tarix-Diyaşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova,Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova,Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova,Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova,Ağstafa Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Yeganə Əhmədova və başqa həmkarlar geniş mövzuda çixiş edərək muzeylərimizin nə qədər boyuk madii-mənəvi xəzinə olduğundan söz açdılar.

Bildirdilər ki, bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir.Beynəlxalq Muzeylər gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir.Tarixi ,maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də Beynəlxalq Muzeylər Günü hər il 18may tarixində qeyd edilir.