Qazax rayon Heydər Əliyev Mərkəzinin kollektivi də sosial dəstəyə ehtiyacı olanlara yardım aksiyasına qoşulmuşdur

Qazax rayon Heydər Əliyev Mərkəzinin kollektivi də sosial dəstəyə ehtiyacı olanlara yardım aksiyasına qoşulmuşdur

Ölkədə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində Heydər Əliyev Fondunun başlatdığı, yaşı 65- dən yuxarı və xüsusi qayğıya ehtiyacı olan şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi layihəsinə Qazax rayon Heydər Əliyev Mərkəzinin kollektivi də qoşulmuşdur. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24- dən aprelin 20- dək ölkəmizdə xüsusi karantin rejimi elan edildiyindən 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan edilmişdir. Bu cür şəxslərə yardım etmək məqsədilə 10.04.2020- ci il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları həmrəylik nümayiş etdirərək, sosial izolyasiya qaydalarına əməl etmək şərtilə yaşı 65- dən yuxarı olan aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan 3 nəfərə - Qazax rayon Xanlıqlar kənd sakini Şahbazova Nərgiz Qasım qızına, rayon sakinləri Məmmədova Rəmziyyə Bəhlul qızına, Qasımova Pəri Ferruz qızına baş çəkmiş, onlara zəruri ərzaq məhsulları aparmış, onların qayğıları ilə maraqlanmış və həmsöhbət olmuşdurlar.