Qazax Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən tarix dərsləri keçirilir

Qazax Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən tarix dərsləri keçirilir

Qazax rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətini təbliğ edən tarix dərsləri davam etdirilir. Növbəti dərs Xanlıqlar kənd tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə olmuşdur. 02 dekabr 2019- cu il tarixdə saat 15.00 –da keçirilən dərsdə məktəbin tarix müəllimi Mustafayeva Ruhiyyə “Zamanın dühası” mövzusunda mühazirə oxumuş və bildirmişdir ki,Azərbaycanın inkişaf tarixi belə bir fikri deməyə əsas verir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi dövlətimiz və xalqımız üçün böyük bir tarixi şansdır.Heydər Əliyevin böyük əməyinin nəticəsidir kİ, bu gün dövlətimiz dünyada tanınır və nüfuza malik dövlətlər sırasındadır. Mühazirədən sonra məktəblilər arasında mövzuya uyğun sual-cavab aparılmış və Asim Şahbazlı xüsusi fərqlənmişdir. Dərsdən sonra mühazirədə əhatə olunmuş dövrün xronologiyasını özündə əks etdirən film nümayiş etdirilmiş, şagirdlər muzeyi ekskursiya etmişdirlər.