Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Laçın rayonunun işğaldan azad edilməsinin birinci ildönümü ilə əlaqədar “Azərbaycanın tamlığı və bütövlüyünün yekun mərhələsi” başlıqlı tədbir keçirildi.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin  təşkilatçılığı ilə Laçın rayonunun işğaldan azad edilməsinin birinci ildönümü ilə əlaqədar  “Azərbaycanın tamlığı və bütövlüyünün yekun mərhələsi” başlıqlı tədbir keçirildi.

1 dekabr 2021- ci il tarixində Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Laçın rayonunun işğaldan azad edilməsinin birinci ildönümü ilə əlaqədar “Azərbaycanın tamlığı və bütövlüyünün yekun mərhələsi” başlıqlı tədbir keçirildi. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti Aparatında Hüquq Şöbəsinin müdiri Ülviyyə Orucova, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qazax Dövlət Sosial- İqtisadi Kollecinin Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva,Qazax rayon təhsil müəssisələrindən məktəb direktorları və müəllimlər, Qazax rayon mədəniyyət müəssisələrinin direktorları və əməkdaşları iştirak etdilər.

Tədbir Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış Laçın rayonunun işğaldan azad olunmasının birinci ildönümü haqqında videorolikin nümayişi ilə başladı. Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Ceyhunə Hüseynova Laçın rayonu haqqında geniş məruzə etdi və bildirdi ki, bu gün Azərbaycanın Laçın rayonu heç bir itki vermədən düşmən işğalından azad edilməsinin birinci ildönümüdür. Bu məqsədlə təşkil edilmiş tədbiri açıq elan etmək üçün söz Qazax Rayon İcra Hakimiyyəti Aparatında Hüquq Şöbəsinin müdiri Ülviyyə Orucovaya verildi.

Ülviyyə Orucova çıxış edərək bildirdi ki, noyabrın 10- da imzalanmış üçtərəfli bəyanata əsasən Laçın rayonu heç bir itki vermədən işğaldan azad edilib. Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Strateji baxımdan əhəmiyyətli olduğu qədər iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir.Bu iqtisadi rayon geniş təbii sərvətlərə və iqtisadi imkanlara o cümlədən kənd təsərrüfatının inkişafı üçün münbit torpaq sahələrinə malikdir. Laçın rayonunun işğaldan azad edilməsi Azərbaycanın tarixi nailiyyətidir. Laçın ölkəmizdə digər iqtisadi rayonların da inkişafına öz töhfəsini verəcək.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış etdi və bildirdi ki, Laçın rayonu 1992- ci il mayın 18- də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildi. Həmin dövrdə Azərbaycanda ictimai- siyasi böhran, anarxiya hökm sürürdü. Müəyyən qüvvələr AXC- Müsavat hakimiyyət uğrunda mübarizə aparırdılar. Təbii ki, xalqın taleyi onları düşündürmürdü. 1992- ci il mayın 15- də AXC- Müsavat cütlüyü qanunsuz olaraq hakimiyyətə gəldi və cəmi 3 gün keçdi, Laçın rayonu işğal edildi. Laçın rayonunun işğal edilməsi isə Azərbaycan üçün yeni faciələrin, torpaq itkilərinin əsasını qoydu. Çünki Laçın böyük strateji əhəmiyyətə malik ərazi idi. Ermənistanı Dağlıq Qarabağ ilə birləşdirən yol burdan keçirdi. Ona görə də Laçın rayonunun işğalı ilə bu yol açıldı, Laçın Ermənistanın nəzarəti altına keçdi.

Qazax Dövlət Sosial- İqtisadi Kollecinin Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxış edərək bildirdi ki, 1930- cu ildən inzibati ərazi vahidi statusu almış Laçın rayonu 1924 cü ildə təsis edilmişdir. Ərzisi 1.84 min km2, əhalisi 79.1 min nəfər olan Laçın rayonunda 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 müsiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 1 rabitə müəssisəsi olan Laçın rayonu həm də tarixi abidələrlə zəngindir. Rayon ərazisində VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbirstanlıq, Həmzə Soltan sarayı kimi tarixi özündə yaşadan abidələr vardır.

Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin direktoru Bayramova Şəhla çıxış etdi və bildirdi ki, Laçın rayonu faydalı qazıntılarla zəngindir. Burada 3 filiz, 37 qeyri- filiz, inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları vardır. Həmçinin Laçın rayonunda sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük yataqlara malikdir.

Qazax Rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin müəllimi Cəfərov Mətləb çıxış edərək bildirdi ki, Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirildi. Laçın rayonu dekabrın 1-də erməni işğalından azad edildi. Laçın Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9- da Laçının Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.

Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova çıxış etdi və bildirdi ki, 30 illik həsrətdən sonra sentyabrın 27-də başlanan əks hücum əməliyyatları ilə Azərbaycan xalqı özü tarixi ədaləti və beynəlxalq qanunların aliliyini bərpa etdi.

Tədbir məktəblilərin çıxışları ilə davam etdirildi. Qazax şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbin şagirdləri Çobanlı Rüxsarə “Zəfər” şeiri ilə, Vəlizadə Ayan, Vəlizadə Bahar “Vətən” kompozisiyası ilə çıxış etdikdən sonra tədbir sona çatdırıldı.