Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsinin birinci ildönümü ilə əlaqədar “Azərbaycanın milli sərvətlər xəzinəsi” başlıqlı tədbir keçirildi.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsinin birinci ildönümü ilə əlaqədar  “Azərbaycanın milli sərvətlər xəzinəsi”  başlıqlı tədbir keçirildi.

25 noyabr 2021- ci il tarixində Qazax Rayon İcra Hakimiyyətinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsinin birinci ildönümü ilə əlaqədar “Azərbaycanın milli sərvətlər xəzinəsi” başlıqlı tədbir keçirildi. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti Aparatında aparıcı məsləhətçi Yusifli Həsən, YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli, “Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax Rayon şöbəsinin sədr müavini Namiq Alıyev, təqaüddə olan məktəb direktoru, “Tərəqqi” medalına layiq görülmüş Safura Rəhimova, Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru Yeganə Göyüşova, Qazax rayon mədəniyyət müəssisələrinin direktorları və əməkdaşları iştirak etdilər.

Tədbir Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış Kəlbəcər rayonunun işğaldan azad olunmasının birinci ildönümü haqqında videorolikin nümayişi ilə başladı. Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Mərkəzinin direktoru Ceyhunə Hüseynova Kəlbəcər rayonu haqqında geniş məruzə ilə çıxış edərək bildirdi ki, cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa, Zəngilan, Xocavənd düşməndən azad edildi, 10 noyabr tarixində isə Ermənistanın kapitulyasiya edilməsi ilə Kəlbəcər, Ağdam, Laçın rayonları döyüşsüz Azərbaycana qaytarıldı.

Sonra Qazax Rayon İcra Hakimiyyəti Aparatında aparıcı məsləhətçi Yusifli Həsən çıxış etdi və Kəlbəcərin artıq öz sakinlərinə qucaq açıb, öz tarixi sahiblərini qarşılamaq üçün hazır olduğunu bildirdi. O, qeyd etdi ki, biz əminik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində füsunkar təbiəti, zəngin mədəni irsi olan Kəlbəcər əvvəlki şöhrətini yenidən bərpa ediləcək.

“Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax Rayon şöbəsinin sədr müavini Namiq Alıyev çıxış edərək bütün bu illər ərzində dövlətimizin bu ədalətsizliyi aradan qaldırmaq üçün sülh danışıqlarına üstünlük verməsinə baxmayaraq Ermənistanın destruktiv mövqeyindən əl çəkməməsindən və dəfələrlə Azərbaycana qarşı hərbi siyasi təxribatlara əl atmasından, sərsəm bəyanatlarla beynəlxalq ictimaiyyət qarşısında öz işğalçılıq siyasətini sərgiləməkdən çəkinməməsindən danışdı.

Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru Yeganə Göyüşova Kəlbəcər rayonu haqqında danışaraq bildirdi ki, 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildi. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 adam əsir götürüldü və itkin düşdü, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.

Təqaüddə olan məktəb direktoru, “Tərəqqi” medalına layiq görülmüş Safura Rəhimova bildirdi ki, ermənilərin Azərbaycana qarşı başlatdıqları ərazi iddiaları hərbi işğalçılıq siyasətinə rəvac vermiş və bu siyasət torpaqlarımızn iyirmi faizinin işğalı, azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya ilə nəticələnmişdi.Buna səbəb isə həmin dövrdə Azərbaycanda hakimiyyəti zorla ələ almış, siyasətdən kənar qüvvələrin məsuliyyətsizliyi olmuşdur.

YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli müstəqil və qalib dövlətin gənci olduğu ilə fəxr etdiyini və Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa edərək qələbə çaldığını vurğuladı. Kəlbəcər bir güllə atılmadan öz tarixi sahiblərinə qayıtdı.

Qazax Tarix- Diyarşünaslıq muzeyinin direktoru Gülnaz Alişanova çıxış etdi və Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri ilə zəngin olduğunu, işğal dövründə isə bütün tarixi abidələrin bilərəkdən ermənilər tərəfindən saxtalaşdırıldığını bildirdi.

Tədbirdə ümumi bir fikir ifadə olundu ki, Kəllbəcərin azad olunması Azərbaycanın möhtəşəm tarixi qələbəsini bir daha təsdiq edir.