Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin təbliği məqsədilə Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbələrinə “Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü” mövzusunda mühazirə oxunub.

Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən  Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyev irsinin təbliği məqsədilə Qazax Dövlət Sosial İqtisadi Kollecinin  tələbələrinə “Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü” mövzusunda mühazirə oxunub.

23 noyabr 2021- ci il tarixində Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına əsasən Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan görkəmli ictimai-siyasi, dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin təbliği məqsədilə tələbələr arasında mühazirələrin oxunması davam etdirilir. Növbəti mühazirə Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbələrinə “Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü” mövzusunda oxunub. İlk olaraq Qazax Dövlət Sosial- İqtisadi Kollecinin Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva giriş sözü ilə çıxış edərək Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbələrinə həyat yolu və fəaliyyət tarixi bütöv bir idarəçilik məktəbi olan qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə oxunan mühazirələrin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı və bu mühazirələrin gənclərin müasir Azərbaycan tarixinin şanlı səhifələri ilə daha yaxından tanış olmaqları üçün maraqlarının artmasında, Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin və zəngin irsinin öyrənilməsi, təbliği, gənc nəsillərə çatdırılmasında böyük rolunun olduğunu bildirdi.

Sonra Mərkəzin direktoru Ceyhunə Hüseynova Azərbaycanın ən yeni tarixində milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqqında geniş mühazirəsində bildirdi ki, Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi XX yüzilliyin 90- cı illərində yenidən müstəqilliyə qovuşmuş dövlətçiliyimizin Azərbaycan Respublikasının xilaskarıdır. Əgər XX yüzilliyin sonunda Ulu tanrı şəxsiyyət və zaman problemini xalqımızın xeyrinə həll etməsəydi, -Heydər Əliyev kimi qüdrətli şəxsiyyətimiz olmasaydı, müstəqilliyimizi qoruyub saxlaya bilməyəcəkdik.

Heydər Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmiş tarixi şəxsiyyətdir. Azərbaycan tarixinin 50 ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti, Onun mübarizə yolu, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev həm öz xalqının dahi oğlu, həm də dünyanın ən qüdrətli tarixi simalarından olan nadir şəxsiyyət, ümumdünya tarixinin azərbaycanlı dahisidir.

Mühazirə tələbələrlə diskusiya xarakterli müzakirələrlə davam etdirildi. Poçt Rabitə fakültəsinin II kurs tələbəsi Tanrıverdiyeva Xumar müzakirələrdə fəallığı ilə seçildi və Mərkəzdə keçiriləcək tədbirlərdə fəal iştirak etmək arzusunda olduğunu bildirdi.