Qazax Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 29- cu ildönümünə həsr olunmuş “Xalqa, dövlətə xidmət nümunəsi” başlıqlı tədbir keçirildi.

Qazax Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 29- cu ildönümünə həsr olunmuş “Xalqa, dövlətə xidmət nümunəsi” başlıqlı tədbir keçirildi.

19 noyabr 2021- ci il tarixində Qazax Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 29- cu ildönümünə həsr olunmuş “Xalqa, dövlətə xidmət nümunəsi” başlıqlı tədbir keçirildi. Tədbirdə Q.Hacımahmudova adına Qazax şəhər ümumi orta məktəbin şagirdləri, müəllimləri, gənc partiya üzvləri və Mərkəzin əməkdaşları iştirak etdilər. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru tədbiri giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və 29 ildə şərəfli yol keçən möhtəşəm uğurlarından danışdı. Bildirdi ki, Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçilməklə çətin, məsuliyyətli və şərəfli bir missiyanı həyata keçirdi. Azərbaycanda köklü islahatlar aparıldı, xalqın pozulmuş, tapdalanmış hüquqları bərpa edildi, güclü vətəndaş cəmiyyəti quruldu.

Sonra söz Yeni Azərbaycan Partiyasının üzvü, fəal gənc Ofiylə Salmanovaya verildi. O Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafı naminə apardığı uğurlu siyasətdən danışaraq bildirdi ki, partiyanın yaranmasından 29 il ötür və biz bu tarixi hadisəni dünyada öz sözünü deyən, Qalib dövlətdə qeyd edirik. Bu isə hər bir azərbaycanlını qürurlandırır.

Sonra məktəbin şagirdləri Alacanova Mədinə və Hacınəbiyeva Ayşən vətənpərvərlik mövzusunda şeirlər ilə tədbiri davam etdirdilər. Yeni Azərbaycan Partiyasının yaranma tarixinə həsr edilmiş filmin nümayişi və Muzeyin ekskursiyası ilə tədbir sona çatdı.