Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən BDU- nin Qazax filialının tələbələrinə “Milli dövlətçiliyin dirçəlişində Heydər Əliyev böyük tarixi qərarlara imza atdı” mövzusunda mühazirə oxundu.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları  tərəfindən   BDU- nin Qazax filialının tələbələrinə “Milli dövlətçiliyin dirçəlişində Heydər Əliyev böyük tarixi qərarlara imza atdı” mövzusunda mühazirə oxundu.

18 noyabr 2021- ci il tarixində Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021- ci il Tədbirlər Planına əsasən azadlığa, müstəqilliyə gedən yolu nurlandıran, daim milləti ilə birlikdə olmaqla, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran müdrik lider Heydər Əliyevin ölkəmizin qüdrətlənməsi istiqamətində həyata keçirdiyi əvəzsiz xidmətlərin gələcək nəsillərə təbliği məqsədilə BDU- nin Qazax filialının tələbələrinə “Milli dövlətçiliyin dirçəlişində Heydər Əliyev böyük tarixi qərarlara imza atdı” mövzusunda mühazirə oxundu. Mərkəzin direktoru Ceyhunə Hüseynova milli dövlətçiliyin dirçəlişində Heydər Əliyevin imza atdığı böyük tarixi qərarlardan danışaraq bildirdi ki, Azərbaycan bu günkü müstəqilliyinə nail olmaq və müstəqilliyini qoruyub saxlamaq, əbədi və dönməz etmək üçün çətin və keşməkeşli tarixi bir yoldan keçmişdir. Bu yolun mahiyyəti və sonrakı tarixi proseslərə təsiri Heydər Əliyev kimi tarixi şəxsiyyətin yeni siyasi reallıqlarla nail olduğu ümummilli nəticələr ilə özünü sübuta yetirməkdədir. Heydər Əliyevin siyasi fəaliyyətinin hədəfində duran azad və müstəqil dövləti qurmaq, onu qorumaq, tarixi reallığa çevirmək məharəti olmadan bu günkü müstəqil, azad, bütöv və qalib Azərbaycanı təsəvvür etmək mümkün ola bilməz.

Sonra BDU- nin Qazax filialının şöbə müdiri Qasım Əliyev çıxış edərək Azərbaycanın siyasi həyatını, bütövlükdə cəmiyyətimizi Heydər Əliyevin tarixi qərarlaından kənarda təsəvvür olunmadığını bildirdi və qeyd etdi ki, məhz Heydər Əliyev Azərbaycanda xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra ölkədə yeni siyasi kurs formalaşmağa başladı. Nəticədə vətəndaş müharibəsi sovuşdu, separatçılıq meyillərinə son qoyuldu. Azərbaycanın müstəqilliyi təmin edildi. Qısa müddət ərzində Azərbaycan sabitlik diyarına, iqtisadi möcüzələr ölkəsinə, dünya birliyinin layiqli üzvünə çevrildi. Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən mütəmadi olaraq tələbələrə Ulu öndərin ibrətamiz həyatı və siyasi fəaliyyəti, müasir tariximizdə əvəzsiz xidmətlərindən bəhs edən mühazirələrin oxunması təqdirəlayiq haldır və bu Universitet və tələbələr tərəfindən yüksək qiymətləndirirlir.