Qazax Rayon Heydər Əliyev Mərkəzində Qubadlı rayonunun işğaldan azad olunmasının ildönümü ilə əlaqədar tədbir keçirildi.

Qazax Rayon Heydər Əliyev Mərkəzində Qubadlı rayonunun işğaldan azad olunmasının ildönümü ilə əlaqədar tədbir keçirildi.

25 oktyabr 2021- ci il tarixində Qazax Rayon İcra Hakimiyyətinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi, Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Qubadlı rayonunun işğaldan azad olunmasının ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai- siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Gülaya Həsənova, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli və mədəniyyət müəssisələrinin direktorları, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial- İqtisadi Kollecinin, Qazax Rayon Gənclər və İdman İdarəsinin, GİKM- nin Qazax nümayəndəliyinin, “Qazax Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları, təhsil işçiləri, ziyalılar, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuş Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri iştirak etdilər.

Tədbir Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış Qubadlı rayonunun işğaldan azad olunmasının birinci ildönümü haqqında videorolikin nümayişi ilə başladı.

Sonra Qarabağı, eləcə də digər işğaldan azad olunmuş torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai- siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Gülaya Həsənova giriş sözü ilə çıxış edərək tədbir iştirkaçılarını salamladı və Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci vitse- prezident Mehriban Əliyeva başda olmaqla, xalqımızı Qubadlının işğaldan azad olunmasının birinci ildönümü münasibətilə təbrik etdi. 44 günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan böyük qələbəyə, şanlı Zəfərə görə Ali Baş Komandana, müzəffər Azərbaycan ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bildirdi.

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli çıxış edərək Qubadlının işğaldan azad olunmasının birinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və bildirdi ki, Azərbaycan 44 günlük müharibədə tarix yazdı. Erməni silahlı birləşmələrinin 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng hərbi istehkamlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun cəsur əsgər və zabitlərinin canı- qanı bahasına cəmi 44 günə darmadağın edildi, bütün işğal edilmiş torpaqlarımız azad edildi və həmin ərazilərdə Azəərbaycan bayrağı dalağalandı.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, II qrup Vətən müharibəsi əlili, mayor Xəyyam Əliyev, Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini,Fizika- riyaziyyat elmləri namizədi, dosent Məmməd Yusifov, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək Qubadlının azad edilməsinin birinci ildönümü ilə bağlı ürək sözlərini çatdırdılar.