Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş Gəncə şəhərində dağılan əraziləri ziyarət etdilər.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş Gəncə şəhərində dağılan əraziləri ziyarət etdilər.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına əsasən 27sentyabr- 08 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması istiqamətində Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 24 oktyabr 2021- ci il tarixində Vətən müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş Gəncə şəhərində dağılan əraziləri ziyarət etdilər. Döyüş meydanında sarsıdıcı zərbələrə tab gətirməyən Ermənistanın işğalçı silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artlleriya atəşinə tutmuş, cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə almaqla istifadəsi qadağan edilmiş ballistik raketlərlə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə qarşı terror törətmişdilər.Gecə saatlarında Gəncəyə qarşı törədilmiş bu müharibə cinayəti nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın olmaqla 30- a yaxın dinc sakin həlak oldu, 90- dan çox insan yaralandı. Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları erməni vəhşiliyi nəticəsində həlak olmuş dinc insanların xatirəsini ehtiramla yad edərək dağıdılmış evləri və mülki obyektləri ziyarət etmiş, həmin hadisənin acılarını əks etdirən xatirə lövhəsinə qərənfillər düzmüşdürlər.

Onu qeyd edək ki, döyüş meydanında sarsıdıcı zərbələrə tab gətirməyən Ermənistanın işğalçı silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artlleriya atəşinə tutmuş, cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə almaqla istifadəsi qadağan edilmiş ballistik raketlərlə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə qarşı terror törətmişdilər.

Gecə saatlarında Gəncəyə qarşı törədilmiş bu müharibə cinayəti nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın olmaqla 30-a yaxın dinc sakin həlak oldu, 90 nəfərdən çox insan yaralandı.