Qazax Rayon Heydər Əliyev Mərkəzində "Zəfər yolu" başlığı altında inşa müsabiqəsi keçirildi.

Qazax Rayon Heydər Əliyev Mərkəzində "Zəfər yolu" başlığı altında inşa müsabiqəsi keçirildi.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər planına əsasən 2021-ci il 27 sentyabr- 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması istiqamətində Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 07.10.2021- 19.10.2021-ci il tarixlərində orta məktəb şagirdləri arasında keçirilən “Zəfər yolu” başlığı altında inşa müsabiqəsinə yekun vurulub.

“Zəfər yolu” inşa müsabiqəsinə təqdim olunan inşalar müəllimlərdən və mərkəzin elmi heyətindən ibarət münsiflər heyəti tərəfindən yoxlandıqdan sonra 3 şagird- I, II, III yer və 7 şagird- həvəsləndirici diplomlara layiq görüldülər.

Münsiflər heyəti tərəfindən müəyyən edilmiş qiymətləndirmə 22 oktyabr 2021-ci il tarixində keçirildi. Tədbirdə MİHİ Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, müsabiqə qaliblərinin təhsil aldıqları məktəblərin direktor və müəllimləri iştirak etdilər. Tədbir Mərkəzin ekspozisiya zalında yerləşdirilmiş monitorda Qazax Rayon Heydər Əliyev Mərkəzinin hazırladığı “Qarabağ Azərbaycandır!” filminin nümayişi ilə başladı.

Tədbiri giriş sözü ilə açan Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbədən ətraflı danışaraq bildirdi ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdi. Rəşadətli Ordumuz Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında böyük ruh yüksəkliyi ilə torpaqlarımızı işğaldan azad edərək qələbəyə doğru inamla irəlilədi.

Sonra MİHİ Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov müsabiqə iştirakçılarını təbrik etmiş və Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində tarixi Qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə təşkil olunmuş “Zəfər yolu” başlığı altında inşa müsabiqəsinin keçirilməsinin əhəmiyyətindən danışdı.

Müsabiqənin yekun nəticələrinə əsasən I yerə- Yusifova Nigar (A.Əmilov adına Daş Salahlı 1 saylı tam orta məktəbin VIIIb sinif şagirdi), II yerə- Həsənova Nərmiyyə (Qazax rayonK.Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin IX sinif şagirdi), III yerə- Mustafayeva Zöhrə (Qazax rayon A.Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin IX sinif şagirdi) layiq görülüb, diplom və hədiyyələrlə mükafatlandırılıblar. Digər yeddi nəfər isə- Hüseynli Şəbnəm - (A.Əmilov adına Daş Salahlı 1 saylı tam orta məktəbin Xa sinif şagirdi), Vəliyeva Mərvə - (Aslanbəyli kənd tam orta məktəbin X sinif şagirdi), Mustafayev Murğuz – (S.Vurğun adına 2 saylı tam orta məktəbin VIII sinif şagirdi), Kazımova Məryəm – (V.Musayev adına II Şıxlı tam orta məktəbin X sinif şagirdi), Qocayeva Lamiyə - (Ş. Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin XI sinif şagirdi), Yusifzadə Eminə - (E.Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin XI sinif şagirdi), Bənnayeva Sahibə - (Ş Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin X sinif şagirdi) inşa müsabiqəsində iştirak etdiyinə görə diplomla təltif olunublar.