Qazax Heydər Əliyev Mərkəzində Bakının işğalçı erməni -bolşevik birləşmələrinin işğalından azad olunmasının 103 illiyi ilə əlaqədar “15 sentyabr- Azərbaycan Türkiyə dostluğu və qardaşlığı zəmnində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir” başlıqlı tədbir keçirildi.

Qazax Heydər Əliyev Mərkəzində   Bakının işğalçı erməni -bolşevik birləşmələrinin işğalından azad olunmasının 103 illiyi ilə əlaqədar “15 sentyabr- Azərbaycan Türkiyə dostluğu və qardaşlığı zəmnində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir” başlıqlı tədbir keçirildi.

15 sentyabr 2021-ci il tarixində Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax MKS-nin birgə təşkilatçılığı ilə Bakının işğalçı erməni -bolşevik birləşmələrinin işğalından azad olunmasının 103 illiyi ilə əlaqədar “15 sentyabr- Azərbaycan Türkiyə dostluğu və qardaşlığı zəmnində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir” başlıqlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Ceyhunə Hüseynova açaraq bildirdi ki, “Bu gün Bakının daşnak-bolşevik işğalından azad olunmasının 103-cü ildönümüdür. 1918-ci ildə AXC elan ediləndə Bakı şəhəri S. Şaumyanın başçısı olduğu Bakı Xalq Komissarları Sovetində bolşevik –ermənilərin işğalı altında idi. Milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Belə bir şəraitdə Osdmanlı Türkiyəsi kömək istəmək üçün Azərbaycan təmsilçiləri İstanbula gəldilər. Türkiyənin hərbi naziri Ənvər Paşa vəziyyəti nəzərə alaraq Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə Təbriz istiqamətindən Gəncəyə doğru hərəkət etməyi əmr verdi. 1918-ci il iyunun 4-də müstəqil Azərbaycan ilə Osmanlı hökuməti arasında “ Qarşılıqlı yardım və dostluq haqqında” müqavilə imzalanmışdı və müqaviləyə əsasən Osmanlı hökuməti Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü. Qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi və Bakı və digər ərazilərimiz işğalçılardan azad edildi. Sentyabrın 16- da qələbə münasibətilə keçirilən paradda Nuru Paşa, Xəlil Paşa, general Ə.Şıxlinski Parlament Hökumət üzvləri iştirak etdilər. Sentyabrın 17- də paytaxt Gəncədən Bakıya köçdü.

Sonra söz Qazax MKS- nin direktoru Münəvvər Süleymanovaya verildi. Münəvvər Süleymanova bildirdi ki, 1918-ci il sentyabrın 15-i Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq Bakını erməni –bolşevik işğalından azad etməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu tarixi qələbə Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsininin başlanğıcı oldu.

Onlayn tədbirdə MKS- nin Metodika və Biblioqrafiya Şöbəsinin müdiri Fatma Hüseynova, Carçı Express jurnalının baş redaktoru Sərxan Carçı, Aslanbəyli kənd kitabxana müdiri Şölə Abdullayeva, tələbələr Raziyə Sanılı, Nigar Alməmmədova çıxış edərək bildirdilər ki, 15 sentyabr XX əsr Azərbaycan tarixində şərəfli bir gündür. 103 il öncə Azərbaycan və türk əsgərləri Bakını azad edərək Azərbaycan tarixinə şanlı bir səhifə yazıblar. Həmçinin tədbirdə Türkiyə-Azərbaycan xalqlarının sarsılmaz birliyindən danışıldı. Qeyd olundu ki, Azərbaycan-Türkiyə qardaşlığı bu gün də ən yüksək səviyyədədir. Bu dostluq və qardaşlıq sarsılmazdır, əbədidir. Tədbir iştirakşıları Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərə Allahdan rəhmət dilədilər.