Qazax Heydər Əliyev Mərkəzində "14 iyuldan başlanan müstəqillik yolu" mövzusunda videokonfrans keçirildi

Qazax Heydər Əliyev Mərkəzində "14 iyuldan başlanan müstəqillik yolu" mövzusunda videokonfrans keçirildi

14 iyul 2021- ci il tarixində Qazax Rayon Heydər Əliyev Mərkəzi, Qazax MKS və Tovuz Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “14 iyuldan başlanan müstəqillik yolu” mövzusunda videokonfrans keçirildi. Videokonfransda Qazax, Tovuz Heydər Əliyev Mərkəzlərinin və Qazax MKS- nin direktor və əməkdşları iştirak etdilər. Videokonfransı Qazax Rayon heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova açdı və bildirdi ki, Heydər Əliyevin mənalı ömrü tariximizə qızıl hərflərlə yazılıb. Yarım əsrdən çox xalqına xidmət etmiş, ömrünü Azərbaycanın, azərbaycanlıların xoşbəxtliyi naminə sərf etmiş, illərlə yorulmadan fəaliyyət göstərmiş, XX əsrin sonlarında Azərbaycanı dünya xəritəsindən silinməkdən xilas etmiş və sivil bir dövlət qurmuş Heydər Əliyevin parlaq xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. Heydər Əliyev ciddi dövlət xadimi idi, hakimiyyət ustası idi, idarəetmə maxanizmini əla bilirdi. Bu gün Azərbaycanın müasir tarixinin ən mötəbər, ən möhtəşəm səhifələrindən olan 14 iyul tarixinin səhifələri vərəqləndikcə bir daha əmin oluruq ki, Heydər Əliyev dövrü xalqımızın dövlətçiliyimizin inkaredilməz gerçək tarixidir.

Sonra Tovuz Rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Qazax MKS- nin Oxuculara xidmət Şöbəsinin müdiri Bəsti Məmmədova, Hüseyinbəyli kənd Kitabxana müdiri Gülşən Hadıyeva, Aslanbəyli kənd Kitabxana müdiri Şölə Abdullayeva çıxış etdilər və çıxışlarda ümumi bir fikir ifadə olundu ki, Heydər Əliyev tarixin yaratdığı nadir şəxsiyyətlərdəndir. O həyatının 50 ilini rəhbərlikdə keçirmiş və həmişə öz xalqına öz millətinə ləyaqətlə xidmət etmişdir. Heydər Əliyev yeni Azərbaycanın qurucusudur və bu quruculuğa aparan yol 14 iyul 1969- cu ildən başlanır. Heydər Əliyev bütün mənalı həyatını Azərbaycanı tərəqqi yoluna çıxarmaq, inkişaf etdirmək siyasəti yeritmiş, bütün maneələri dəf edərək Azərbaycanı müstəqilliyə doğru aparmışdır. Bu günkü müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu müstəqillik əbədidir, dönməzdir, sarsılmazdır. Heydər Əliyev bu əsərin banisidir, sahibidir, qoruyucusudur.