Qazax Heydər Əliyev Mərkəzində "Nizami Gəncəvi poemaları rəsmlərdə"onlayn rəzm müsabiqə iştirakçılarının qiymətləndirilməsi keçirildi.

Qazax Heydər Əliyev Mərkəzində "Nizami Gəncəvi poemaları rəsmlərdə"onlayn rəzm müsabiqə iştirakçılarının qiymətləndirilməsi keçirildi.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 05 yanvar 2021- ci il tarixli sərəncamı ilə 2021- ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilmişdir. Nizami Gəncəvi Yaxın Şərq xalqlarının mədəniyyətinin inkişafı tarixində müstəsna rolu olan sənətkardır. Böyük şairin zəngin yaradıcılığı qədim tarixə malik Azərbaycan mədəniyyətinin inkişafında da yeni parlaq mərhələdir. Öz yaradıcılığı ilə şeirə yeni ruh verən onu ümumxalq sərvətinə çevirən dahi Nizami Gəncəvinin 880 illik yubileyi və “Nizami Gəncəvi ili” ilə əlaqədar Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021- ci il üçün Tədbirlər planına əsasən 01 iyul 2021- ci il tarixdən 09 iyul 2021- ci il tarixinədək Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "Nizami Gəncəvi poemaları rəsmlərdə" mövzusunda onlayn rəsm müsabiqəsi elan edilmişdir. Müsabiqəyə yeniyetmə və gənclər tərəfindən işlənmiş 20- yə yaxın iş təqdim edilmişdir. Müsabiqəyə təqdm olunan işlərdə müəlliflər dahi Azərbaycan şairi, mütəfəkkiri, bəşər mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdən olan Nizami Gəncəvinin dünya ədəbiyyatı xəzinəsinin incilərindən olan “Xəmsə”sini fırçanın dili, rənglərin sehri ilə canlı və obrazlı şəkildə təsvir etmişlər. Rəsm işlərinin qiymətləndirilməsi və seçilməsi üçün yaradılan 5 nəfərdən ibarət münsiflər heyəti rəsmlər içərisindən işləri xüsusi qiymətləndirərək I, II, III yerlərin qaliblərini və digər iştirakçıları diplomlara layiq görmüşdürlər.

Müsabiqə qaliblərinə diplomların təqdim edilməsi üçün 14 iyul 2021- ci il tarixində Qazax Rayon Heydər Əliyev Mərkəzində tədbir təşkil edilmişdir. Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, Regional İdarənin Qazax və Tovuz rayonu üzrə məsləhətçiləri Valeh Vəliyev, Adil Həsənov, MİHİ Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova iştirak etmişdirlər. Tədbir sosial izolyasiya tədbirlərinə əməl etməklə keçirilmiş, tədbir iştirakçıları tibbi maska ilə təmin edilmiş və sosial məsafə gözlənilmişdir.