Qazax Heydər Əliyev Mərkəzində"Tovuzdan Şuşaya şəhidlərin qanı ilə çəkilən Zəfər yolu"mövzusunda videokonfrans keçirildi

Qazax Heydər Əliyev Mərkəzində"Tovuzdan Şuşaya şəhidlərin qanı ilə çəkilən Zəfər yolu"mövzusunda videokonfrans keçirildi

13 iyul 2021-ci il tarixində Qazax ,Tovuz, Zərdab və Ucar Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə 2020-ci il 12 iyul Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar “Tovuzdan Şuşaya şəhidlərin qanı ilə çəkilən Zəfər yolu” mövzusunda videokonfrans keçirildi.

Videokonfransda Qazax, Tovuz, Zərdab, Ucar, Ağdaş Heydər Əliyev Mərkəzlərinin direktor və əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Tovuz rayon bölməsinin rəisi Ceyhun Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəis müavini Vüsal Cərullayev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev, Zərdab rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Ələkbər Kərimov, eləcə də Ağdaş Heydər Əliyev Mərkəzinin kollektivi iştirak edib.

Videokonfransı Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq 2020-ci ilin 12 iyul tarixində işğalçı Ermənistanın Azərbaycanın Tovuz rayon ərazisi boyunca sərhədlərini və sərhəd bölgələrinı ağır artileriya silahları ilə atəşə tutmasından və törətmiş olduğu hərbi cinayətdən danışdı. İyulun 12-dən başlayan, 44 günlük Vətən müharibəsinin başlanğıcı hesab olunan, Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 1 il ötür. 12 iyul 2020-ci il tarixində, günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələri atəşkəsi kobud şəkildə pozub və Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar. Döyüşlər zamanı hücum cəhdinin qarşısı alınıb, düşmənə sarsıdıcı zərbələr endirilib. Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində böyük itki verən düşmən geri çəkilməyə məcbur edilib. Ordumuz düşmənin 100-dən çox canlı qüvvəsini, xeyli sayda hərbi texnikasını və mühüm obyektlərini məhv edib- deyə Könül xanım bildirdi.

Sonra Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Səfərbərlik və Hərbi Xidmətə Çaırış Dövlət Xidmətinin Tovuz rayon bölməsinin rəisi Ceyhun Əliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev, Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Ağdaş rayon Heydər Əliyev Mərkəzinin direktoru Kənan Nəbiyev, Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı Ələkbər Kərimov, Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Turanə Şıxəliyeva və digər videokonfrans içtirakçıları çıxış etdilər və bildirdilər ki, Tovuz döyüşləri Azərbaycan xalqı üçün xalq-iqtidar-ordu birliyinin təzahürü, dünya azərbaycanlılarının milli birlik və həmrəylik hərəkatı ilə xatırlanır. Ermənistanın növbəti təxribatı nəticəsində ordumuzun yüksəkrütbəli hərbçi və əsgərlərinin şəhid olması dünyadakı soydaşlarımız arasında həmrəylik dalğası yaratdı, birliyimizi daha da möhkəmləndirdi. Bu hadisələrdən sonra Azərbaycan xalqı bir yumruq kimi birləşdi və sentyabrın 27-də Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu ermənilərin növbəti təxribatının qarşısını almaq məqsədilə əks hücum əməliyyatlarına başladı. Azərbaycan Ordusu şəhidlərimizin qisasını artıqlaması ilə aldı və doğma torpaqlarımızı işğaldan azad etdi. Biz bütün şəhidlərimizə borcluyuq. Hər birimiz Azərbaycan Ordusunun igidləri ilə fəxr edirik. Biz bu cür qəhrəmanlarımızı yaşatmalıyıq, onların qəhrəmanlıqlarını nəsildən-nəsilə ötürməliyik, təbliğ etməliyik.-deyə bildirdilər. Azərbaycanın bu cür qəhrəmanları əsrlərlə yaşamalı, Azərbaycan gəncliyi, gələcəyi bu qəhrəmanları tanımalıdır. Çünki onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçiblər, Azərbaycanın gələcəyinin təhlükəsiz və firavan yaşaması üçün qanlarını töküblər.