Qazax Rayon Heydər Əliyev Mərkəzində 15 iyun Qurtuluş Günü ilə əlaqədar"Qurtuluşdan başlanan Qələbəmiz" mövzusunda tədbir keçirildi

Qazax Rayon Heydər Əliyev Mərkəzində 15 iyun Qurtuluş Günü ilə əlaqədar"Qurtuluşdan başlanan Qələbəmiz" mövzusunda tədbir keçirildi

11 iyun 2021- ci il tarixində Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 15 İyun Qurtuluş günü ilə əlaqədar Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin VI sinif şagirdlərinin iştirakı ilə “Qurtuluşdan başlanan qələbəmiz” mövzusunda tədbir keçirildi. Tədbiri Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova açdı və 15 İyun Qurtuluş gününün tarixi və xalqımızın, dövlətimizin taleyində əhəmiyyətindən danışaraq bildirdi ki, “Milli Qurtuluş günü 1993- cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirdiyi gündür. Bir əsrdə iki dəfə imperiya əsarətinə qarşı mübarizə apararaq milli azadlığa, dövlət müstəqilliyimizə nail olmaq hər xalqın taleyinə yazılmır. Azərbaycanda tüğyan edən ictimai- siyasi böhran, torpaqlarımızın işğalı kimi baş verən tarixi ədalətsizlik və səriştəsiz ölkə rəhbərləri xalqımızın səbr kasasını doldurmuş, xalq Heydər Əliyevin Azərbaycana qayıdışını ümumxalq miqyasında mitinq və nümayişlərlə açıq şəkildə ifadə edir, xalq öz böyük oğlunu təkidlə tələb edirdi. Azərbaycan xalqının ən ağır günlərində Heydər Əliyevin öz xalqının çağırışına biganə qalmayaraq ölkə rəhbərliyinə qayıtması Onun Azərbaycanı və Azərbaycan xalqını məhv olmaqdan xilas etmək kimi missiyanı öz üzərinə götürməsi sözün əsl mənasında “ömrümün qalan hissəsini də xalqıma qurban verərəm” ifadəsinin təzahürü, öz xalqı, öz vətəni qarşısında misilsiz fədakarlığı idi”. Sonra 15 iyun Qurtuluş gününə həsr edilmiş film nümayiş etdirildi. Muzeyin ekskursiyası ilə tədbir sona çatdı.