Qazax, Ağstafa, Tovuz rayon Heydər Əliyev Mərkəzlərinin birgə iştirakı ilə "Böyük yazıçı və ictimai xadim" mövzusunda videkonfrans keçirilmişdir

Qazax, Ağstafa, Tovuz rayon  Heydər Əliyev Mərkəzlərinin birgə iştirakı ilə "Böyük yazıçı və ictimai xadim" mövzusunda videkonfrans keçirilmişdir

05 avqust 2020- ci il tarixdə saat 11.00- da N.Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 fevral 2020- cil tarixli sərəncamına əsasən Ağstafa Regional Mədəniyyət idarəsi Qazax rayon Heydər Əliyev Mərkəzi, Ağstafa və Tovuz rayon Heydər Əliyev Mərkəzləri, Ağstafa MKS- nin birgə iştirakı ilə “Böyük yazıçı və ictimai xadim” mövzusunda video konfrans keçirilmişdir. Videokonfransda Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova görkəmli yazıçı, dövlət xadimi, drammaturq, publisist, maarifçi N.Nərimanov haqqında geniş çıxış etmiş və videokonfrans iştirakçılarına geniş məlumat vermişdir. Ceyhunə Hüseynova bildirmişdir ki, Nəriman Nərimanov 14 aprel 1870- ci ildə Tiflisdə anadan olmuşdur. 1890- cı ildə Qori seminariyasını, 1908- ci ildə Novorossiysk Universitetinin Tibb fakültəsini bitirmişdir.İctimai- siyasi xadim, publisist, həkim N.Nərimanov 1905- ci ildə Sosial Demokrat Hümmət təşkilatının rəhbərliyinə daxil olmuş, Rusiya Sosial Demokrat fəhlə Partiyasının (bolşevik) məramnaməsini Azərbaycan dilinə çevirmişdir.1909- cu ildə həbs olunaraq Həştərxana sürgün edilib, 1913- cü ildə Bakıya qayıtmışdır.1917- ci ildə Hümmət təşkilatının sədri, RSDF(b)P Bakı Komitəsinin üzvü, Hümmət qəzetinin baş redaktoru olmuşdur.1917-1918- ci illərdə müəyyən vəzifələrdə çalışmış, 1920- ci ildə AXC- nin süqutundan sonra Azərbaycan SSR elan edilir və N.Nərimanov Müvəqqəti İnqilabi Komitənin və Xalq Komissarları Sovetinin sədri olmuşdur.1925- ci ildə müəmmalı şəkildə ölmüş və Krümlin divarları yaxınlığında dəfn edilmişdir. 1915- ci ildə Şamaxılı tacir Mirkazım Əliyevin qızı Gülsüm ilə ailə həyatı qurmuşdur.

N.Nərimanov hər zaman rus şovinistlərinə qarşı öz mövqeyini bildirmişdir.O deyirdi ki, “Türk uşaqları tək Puşkini deyil, Şekspiri, Şilleri də bilməlidirlər.Ancaq türk uşağı özünə doğma olan əsl proletar şairi Sabirin şerlərini, Xalq şairləri Vaqifin, Zakirin, Vidadinin şerlərini biləndən sonra bunları bilməlidirlər. N.Nərimanov Azərbaycan dilini sıxışdıranları çəkinmədən “şovinist” adlandırırdı. N.Nərimanov xalqın milli dirçəlişi naminə də çox böyük işlər görmüşüdür. O, F.Dzerjinskinin fikrinin əleyhinə gedərək partiyanın siyasi bürosunda neftdən gələn gəlirin böyük hissəsinin Azərbaycanda maarifin və səhiyyənin inkişafında xərclənməsi məsələsini qoymuş və buna nail olmuşdur.

N. Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.

Videokonfransda həmçinin Ağstafa, Tovuz Heydər Əliyev Mərkəzlərinin direktorları və Ağstafa MKS- nin müdiri Solmaz Nağıyeva çıxış etmiş və N.Nərimanov haqqında fikirlərini bildirmişdirlər.