Qazax Heydər Əliyev Mərkəzi şəhid mayor Namiq Əhmədovun məzarını ziyarət etmişdir

Qazax Heydər Əliyev Mərkəzi şəhid mayor Namiq Əhmədovun məzarını ziyarət etmişdir

29 iyul 2020- ci il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 12-14 iyul tarixlərində Tovuz rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən şəhid olan rayonun Yuxarı Salahlı kənd sakini, hərbi qulluqçu ,şəhid- mayor Namiq Hajan oğlu Əhmədovun məzarını ziyarət etmişlər. Mərkəzin əməkdaşları şəhidin məzarı üzərinə tər qərənfillər düzmüş və ruhuna dualar oxumuşlar. Sonra şəhid Namiq Əhmədovun evinə gələrək onun ailəsi ilə həmsöhbət olmuş, Mərkəzin kollektivi adından şəhidin yaxınlarına dərin hüznlə başsağlığı vermişdirlər.