Qazax, Ağstafa, Tovuz Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin qlobal liderliyi və qlobal baxışı. BMT Baş Assambleyasının xüsusi sessiyası” mövzusunda video konfrans keçirilmişdir

Qazax, Ağstafa, Tovuz Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin qlobal liderliyi və qlobal baxışı. BMT Baş Assambleyasının xüsusi sessiyası” mövzusunda video konfrans keçirilmişdir

02 iyul 2020- ci il tarixdə Ağstafa Regional Mədəniyyət idarəsi Qazax, Ağstafa və Tovuz rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin qlobal liderliyi və qlobal baxışı. BMT Baş Assambleyasının xüsusi sessiyası” mövzusunda videokonfrans keçirilmişdir. Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova çıxış etmiş və bildirmişdir ki, Koronavirus pandemiyası insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal təhlükələrə səbəb olub. Məhz bu səbəbdən COVİD-19 pandemiyası şəraitində qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan koronavirusla mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürmüşdür. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4- də videokonfrans formatında Zirvə Görüşü təşkil edildi və Dövlət başçısı pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini də irəli sürdü.Bu təşəbbüs dünyanın 130- dan çox dövləti tərəfindən qəbul edildi. Yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə xüsusi sessiyanın keçirilməsi barədə rəsmi qaydada məlumat verilməsi gözlənilir.

Daha sonra Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu keçmiş və ən istedadlı yetirməsi olan Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövrü ölkəmiz üçün sürətli modernləşmə, dinamik inkişaf, dövlətimizin və xalqımızın dünyada sürətli yüksəlməsi dövrüdür. Böyük dövlət xadimi, qlobal lider olan İlham Əliyevin apardığı uğurlu, düşünülmüş islahatlar sayəsində Azərbaycanın iqtisadiyyatı, siyasəti sürətlə inkişaf edir. Covid-19 pandemiyasının yayıldığı bir vaxtda ayrı- ayrı deyil, bütün dünyanın birləşərək bu problemi həll etməsi labüddür. Prezident İlham Əliyevin regional və qlobal formada Covid-19 pandemiyasına qarşı mübarizədə atdığı addımlar təqdirəlayiqdir. Məhz Prezident İlham Əliyevin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasından qabaq belə bir təkliflə çıxış etməsi və bu təşəbbüsün dünyanın 130- dan çox ölkəsi tərəfindən qəbul edilməsi Azərbaycanın və onun Liderinin siyasi savadının və nüfuzunun nümunəsidir.

Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova da çıxış etmiş və bildirmişdir ki,dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası həm milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, həm də regional və qlobal miqyasda koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi sahəsində mühüm işlər görmüşdür. Dövlət başçımız Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış edərək, mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik!” mövzusunda Zirvə görüşündə növbəti dəfə tarixi hadisənin yaşanmasına imza atmışdır. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dünyanın 130-dan çox dövləti dəstəkləyərək ölkəmizə olan böyük etimad və hörmətlərini bir daha nümayiş etdirdilər.

Videkonfransda həmçinin Ağstafa Heydər Əliyev Mərkəzinin əməkdaşı İlham Budaqov da çıxış etmiş və Prezident İlham Əliyevin belə bir təşəbbüslə dünya dövlətlərini birliyə həmrəyliyə çağırmasını bir Azərbaycan vətəndaşı kimi yüksək qiymətləndirmişdir.