Qazax Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin qlobal liderliyi və qlobal baxışı. BMT Baş Assambleyasının xüsusi sessiyası mövzusunda dəyirmi masa təşkil edilmişdir

Qazax Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin qlobal liderliyi və qlobal baxışı. BMT Baş Assambleyasının xüsusi sessiyası mövzusunda dəyirmi masa təşkil edilmişdir

30 iyun 2020- ci il tarixdə saat 12.00- da Qazax rayon Heydər Əliyev Mərkəzində “Prezident İlham Əliyevin qlobal liderliyi və qlobal baxışı. BMT Baş Assambleyasının xüsusi sessiyası” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Mərkəzin kitabxanasında keçirilmiş dəyirmi masada Mərkəzin kollektivi iştirak etmişdir. Dəyirmi masanı Mərkəzin direktoru Ceyhunə Hüseynova açaraq bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu keçmiş və ən istedadlı yetirməsi olan Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövrü ölkəmiz üçün sürətli modernlışmə, dinamik inkişaf, dövlətimizin və xalqımızın dünyada sürətli yüksəlməsi dövrüdür.Prezident İlham Əliyevin Beynəlxalq təşkilatlarda iştirakı, inamlı, məntiqli və cəsarətli çıxışları, milli mənafeləri qoruması, müstəqil siyasət aparması, BMT çərçivəsində, dünya çapında işğalçı Ermənistanı tam təkləməsi, mənfur düşməni əzməsi bir daha sübut edir ki, Ulu öndər Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın gələcəyi əmin əllərdədir. Böyük dövlət xadimi, qlobal lider olan İlham Əliyevin apardığı uğurlu, düşünülmüş islahatlar sayəsində Azərbaycanın iqtisadiyyatı, siyasəti sürətlə inkişaf edir.Xarici siyasət kursunda son dövrlərdəki addımları ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir. Biz bunun cəmiyyətin hər bir sahəsində şahidi oluruq. Covid-19 pandemiyasının yayıldığı bir vaxtda ölkəmiz inamla mücadilə aparır.Nəzərə alsaq ki, bu təkcə bir dövlətin yox bütün dövlətlərin, xalqların, bəşəriyyətin problemidir, belə bir dövrdə ayrı- ayrı deyil, bütün dünyanın birləşərək bu problemi həll etməsi birgə zəruri addımlar atılması labüddür. Prezident İlham Əliyevin regional və qlobal formada Covid-19 pandemiyasına qarşı mübarizədə atdığı addımlar təqdirəlayiqdir. Məhz Prezident İlham Əliyevin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasından qabaq belə bir təkliflə çıxış etməsi və bu təşəbbüsün dünyanın 130- dan çox ölkəsi tərəfindən qəbul edilməsi Azərbaycanın və onun Liderinin siyasi savadının və nüfuzunun nümunəsidir.

Tədbir iştirakçıları Prezident İlham Əliyevin dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsi və qlobal həmrəyliyə çağırış edərək BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürməsi və bu təşəbbüsün 130 ölkə tərəfindən qəbul edilməsi barədə öz fikirlərini söyləmişdirlər.