Qazax Heydər Əliyev Mərkəzinin könüllülərinə könüllülük fəaliyyətlərini başa vurduqları üçün setifikatlar təqdim edilmişdir

Qazax Heydər Əliyev Mərkəzinin könüllülərinə  könüllülük fəaliyyətlərini başa vurduqları üçün setifikatlar təqdim edilmişdir

01 iyul 2020- ci il tarixdə saat 10.00- da Qazax rayon Heydər Əliyev Mərkəzində 11.02.2020- cil tarixdən 11.05.2020- ci il tarixədək Azərbaycan Respublikasında 2020- ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019- cu il tarixli sərəncamına əsasən könüllülük fəaliyyəti ilə məşğul olmuş bir qrup gəncə Könüllülük fəaliyyətini başa vurduğuna görə sertifikatlar təqdim edilmişdir.Mərkəzin direktoru Ceyhunə Hüseynova sertifikat almış gənclərə Mərkəzin tədbirlərində fəal iştirak etdiklərinə görə minnətdarlıq bildirmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzu etmişdir. Covid-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında yaradılmış Operativ Qəraragahın sosial izolyasiya ilə bağlı tətbiq etdiyi bütün qaydalara riayət olunaraq tədbirdə 7 nəfər iştirak etmiş, sosial məsafə gözlənilərək tibbi maskalardan istifadə edilmişdir.