Qazax rayon Heydər Əliyev Mərkəzinin Nümuməvi Əsasnaməsi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018- ci il tarixli 6/1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Heydər Əliyev mərkəzlərinin Nümunəvi Əsasnaməsi

I.ÜMÜMİ MÜDDƏALAR

1.Rayon(şəhər) Heydər Əliyev mərkəzləri (bundan sonra –Mərkəz) Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət və ictimai xadim Heydər Əliyev dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması, həyatı və fəaliyyəti ilə bağlı materialları toplayan, qoruyan, elmi cəhətdən öyrənilməsini təşkil edən, habelə hərtərəfli inkişaf etdirilməsini təmin edən mədəniyyət, elmi –tədqiqat qurumu olan dövlət müəssisəsidir.

2.Mərkəz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi (bundan sonra –“ Nazirlik”) sistemində fəaliyyət göstərir və onun tabeliyindədir.

3.Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasının, “Mədəniyyət haqqında”, “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər kabinetinin qərar və sərəncamlarını, Nazirliyinin əmr və kollegiya qərarlarını, digər normativ aktları, habelə bu Əsasnaməni rəhbər tutur.

4.Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, yerli özünidarəetmə orqanları, yardıcılıq ittifaqları, elmi- tədqiqat, təhsil, mədniyyət müəssisələri, habelə qeyri hökümət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

5.Mərkəzin qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinədarlıq və bank hesablarına, o cümlədən valyuta hesabına, üzərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və öz adı həkk olunmuş möhürə ştamplara və blanklara malikdir.

6.Mərkəzin fəaliyyəti və saxlanma xərcləri Azərbaycan Respublikasını dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.Mərkəz öz işini mövcud qaydada təsdiq edilmiş perspektiv və illik planlar əsasında qurur, öz fəaliyyəti ilə bağlı Mədəniyyət Nazirliyinə hesabat təqdim edir.

7.Mərkəz Respublikanın rayon və şəhərlərində fəaliyyət göstərir.

II. MƏRKƏZİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

8.Mərkəz aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir.

8.1.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti ilə bağlı materialların toplanması, elmi tədqiqi və təbliğı, fondlarda qorunması, ekspozisiya və sərgilərdə nümayiş etdirilməsi;

8.2.Azərbaycan xalqının ümummilli lideri heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı tarixi əşyaların, maddi-mədəni abidələrin toplanması, kataloqlaşdırılması, qorunub saxlanılması və veb sayıtda yerləşdirilməsi təmin edilməsi;

8.3.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı digər qurumlarla əməkdaşlıq proqramlarının inkişaf etdirilməsi;

8.4.Xarici ölkələrin müasir iş təcrübəsinin öyrənilməsi, elmi və texniki heyyətin peşə ixtisasının artırılması sahəsində əməkdaşlıq üçün beynəlxalq əlaqələrdən istifadə edilməsi, metodiki materiallar və təcrübə mübadiləsi haqqında xarici ölkələrin muzeyləri ilə saziş bağlanılması və həyata keçirilməsi, müvafiq şərait olduqda xarici ölkə mütəxəssislərinin qəbul edilməsi və həmin ölkələrə mütəxəssis göndərilməsi.

8.5.Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev irsinə dair tarixi araşdırmaların və tədqiqatların təbliğ edilməsi.

8.6.Mərkəzin işçilərin əməyin ödənilməsi üzrə yüksək qrupa daxil edilməsi məqsədilə müvafiq qaydada vəsatət qaldırılması.

III. MƏRKƏZİN VƏZİFƏLƏRİ

9.Mərkəz aşağıdakı vəzifələri yerinə yetirir:

9.1.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı materialların toplanması, uçotu, mühafizəsi bərpasi ,nümayişi ,təbliği və elmi cəhətdən öyrənilməsivə tədqiqi, fondlarda qorunması, ekspozisiya və sərgilərdə nümayiş etdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məlumatların elektron daşıyıcılarına daxil edilməsi və elektron kataloq vasitəsilə vahid muzey informasiya sisteminə qoşulması üçün tədbirin görülməsi;

9.2.Xüsusi əhəmiyyət kəsb edən nadir sənədlərin, əşyaların surətlərinin hazırlanması; 9.3.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı digər qurumlarla əməkdaşlıq proqramlarının inkişaf etdirilməsi;

9.4.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinə dair tarixi araşdırmaların tədiqatların təbliği, dəstəklənməsi;

9.5.Tədqiqat və təbliğat işlərinin əsas istiqamətlərini müəyyənləşdirib plan və proqramların hazırlanması, onların maddi- texniki təminatı üçün təödbirlərin görülməsi;

9.6. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Həyat və fəaliyyəti ilə bağlı tarixi əşyaların maddi mədəni abidlərin toplanması, kataloqlaşdırılması və qorunub saxlanılmasının təmin edilməsi;

9.7.Müasir tələbləri nəzərə almaqla mərkəzdə ekspozisiyanın qurulması vı sistematik olaraq onun zənginləşdirilməsi, təkmilləşdirilməsi, yeni avadanlıqla təchiz edilməsi;

9.8.Mərkəzdə və mərkəzdən kənarda mədəni- kütləvi işin aparılması, bu istiqamətdə müasir xidmət formaları və yeni avadanlıqlardan istifadə edilməsi;

9.9. Heydər Əliyev irsini və onun ictimai- siyasi fəaliyyətini təbliğ etmək məqsədilə respublikamızda, habelə xarici ölkələrdə səyyar sərgilərin təşkil edilməsi;

9.10. Tamaşaçıların müxtəlif təbəqələrini, o cümlədən, xarici turistlərin marağını nəzərə almaqla ekskursiya mətnlərinin hazırlanması;

9.11. Mərkəzin tamaşaçılarının istəklərini, rəylərini öyrənmək məqsədilə sosioloji sorğu, rəy və digər müraciət formalarını tətbiq edilməsi;

9.12. Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyətinə aid araşdırılmaların nəticələri, həmçinin mərkəzin apardığı elmi-tədqiqat işinin nəticələri ilə bağlı elmi məclis və formlarda çıxışların edilməsi, buklet, kataloq, bələdçi və elmi monoqrafiyaların nəşrinə nail olunması;

9.13. Əhalinin müxtəlif yaş və sosial qrupları üçün daimi fəaliyyət göstərən həvəskar birliklərin təşkil edilməsi;

9.14. Mərkəzdən istifadə rejimin təmin edilməsi, abidələrin qorunması onlardan istifadə qaydaları və mərkəzin mühafizə rejimin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi;

9.15. Mərkəzin turist maşurutlarına salınması və geniş tamaşaçı kütləsinin cəlb edilməsi üçün müxtəlif proqramların hazırlanması və bu istiqamətdə məqsədyönlü iş aparılması;

9.16. Mərkəzin ərazisində rekreasiya zonalarının, yaşıllaşdırma sahələrinin və nəqliyyat hərəkətının müvafiq qaydada təşkil edilməsi;

9.17. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun layihələrinin hazırlanın həyata keçirilməsi;

9.18. Mərkəzin ərazini idarə etmək üçün rəqəmli informasiya-kommunukasiya sisteminin yaradılması, beynəlxalq təcrübə nəzərə alınmaqla bu sahədə elmi-texniki nailiyyətlərin tətbiqinin təmin edilməsi;

9.19. Mərkəzə ayrılan büdcə vəaitləri kreditlər, qrandlar və digər maliyyə vəsaitlərində təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi;

9.20. Öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılması, internet sayıtının yaradılması malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsi və bu informasiyanın daimi yeniləşdirilməsinin təmin edilməsi;

9.21.Mərkəzin sturukturunun vcə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görülməsi;

9.22. Mərkəzə aid proqnozlaşdırma və planlaşdırma işlərinin təşkili və Mərkəzin inkişafının təmin edilməsi;

9.23. Müntəzəm qrafik əsasında Mərkəzin ərazisində yerləşən muzeyın, konfrans zalının, kitabxananın və digər mədəni obyektlərin ictimaiyyət üçün açıq elan edilməsi;

9.24. Müvafiq tarixi və mədəni sərgilərin və təqdimatları təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsi;

9.25. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericikliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.

IV. MƏRKƏZİN HÜQUQLARI

10.Mərkəz aşağıdakı hüuqlara malikdir;

10.1. Vəzifələrinin yerinə yetirlməsi və hüquqlarının həyata keçirilməsi məqsədilə fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə qadağan olunmaya fəaliyyət növləri ilə məşğul olmaq, göstərdiyi xidmətlərə və yerinə yetirdiyi işlərə görə xidmət haqları almaq;

10.2. Mərkəzin fəaliyyəti ilə bağlı normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onıarın hazırlanmasında iştirak etmək;

10.3. Qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyəti dövlət orqanları (qurumları) nazirliyin razılığı ilə əməkdaşlıq etmək, xarici dövlətlətin müvafiq təcrübəsini öyrənmək;

10.4. Fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirilmələr aparamaq, analitik materiallar hazırlamaq, fəaliyyət istiqamətləri üzrə tədqiqat aparamaq, təkliflər vermək;

10.5. Nazirliyin razılığı ilə müstəqil ekspertləri və mütəxəssisləri qanunvericikliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

10.6. Qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

10.7. Mərkəz ərazisində mədəni kütləvi tədbirlər keçirməklə nazirliyin razılığı ilə müvəqqətio və daimi xidmətlər göstərən surukturlar (obyektlər) yaratmaqla, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak etməklə müxtəlif növ xidmətlər göstərməklə qanunverciliyə zidd olmayan gəlir əldə etmək;

10.8. Mərkəzin fəaliyyəti ilə bağlı qərarlar qəbul etmək;

10.9. Nazirliyin razılığı ilə Mərkəzin elmi- tədqiqat, analitik-informasiya və digər fəaliyyətini planlaşdırmaq;

10.10. Mərkəzin sturukturunun təkminləşdirilməsi, ştat cədvəlində dəyişikliklər edilməsi maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təkliflər vermək.

10.11. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəxərfə tutulmuş digər hüquqları həyata keçirmək.

V.MƏRKƏZİN İDARƏ EDİLMƏSİ VƏ FƏALİYYƏTİNİN TƏŞKİLİ.

11.Mərkəzin sturukturu və ştat cədvəli Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunur.

12. Mərkəzin fəaliyyəti üzərində nəzarət Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsi (bundan sonra –şöbə) və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional Mədəniyyət idarəsi (bundan sonra –idarə) tərəfindən təmin edilir;

12.1. Nazirlik Mərkəzin illik mühasibat balanslarının, mənfəətinin (zərərinin) bölgüsünü təmin edir;

12.2.Nazirlik Mərkəzin fəaliyyətinin əsas istiqamətlərinə dair plan və hesabatlarə təsdiq edir;

12.3. Nazirlik Mərkəzdən daxil olan təkliflərə baxır və öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görür;

12.4. Qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

13. Mərkəzin nəzdnində muzey fəaliyyət göstərir.Muzey sistematik olaraq öz profilinə uyğun ədəbiyyat, elmi metodiki və dövrü mətbuat materialları ilə zənginləşdirilir.

14. Mərkəzin fəaliyyəti prosesində onun elmi arxivi yaradılır.Buraya plan və hesabatlar, mərkəzin şurasının protokolları, mühazirə və ekskursiya mətnləri, ezamiyyətlət haqqında hesabatlar, mövzu-ekspozisiya planları və.s materiallar daxil edilir.

15. Mərkəzin fəaliyyətinə yerli icra orqanlarının təqdimatı əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirinin əmri ilə vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktor ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqları həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

16. Mərkəzin direktoru:

16.1. Mərkəzin səmərəli fəaliyyətini təşkil edir və ona ümumi rəhbərliyi həyata keçirir;

16.2. Mərkəzin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi və onun hüquqlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görür;

16.3. Mərkəzin struktur bölmələrinin əsasnamələrini təsdiq edir;

16.4. Mərkəzin işçilərini müəyyən olunmuş qaydada vəzifəyə təyin və vəzifədən azad edir, işçiləri müqavilə əsasında işə qəbul edir, işdən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, vəzifə bölgüsü aparır;

16.5. Qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, səlahiyyətləri daxilində normativ hüquqi aktların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir, mərkəzin iş planını Rayon (şəhər) Regional Mədəniyyət İdarəsi təsdiq edir, onun icrasına nəzarət edir;

16.6 Bütün inzibati, təsərrüfat və ictimai idarə və təşkilatlarda Mərkəzin adından etibarnaməsiz çıxış edir, Mərkəzi təşkil edir, məhkəmədə iddiaçı və cavabdeh qismində iştirak edir, bu Nizamnaməyə müvafiq olaraq mərkəzin fəaliyyətinə rəhbərlik etmək üçün bütün əməliyyatları həyata keçirir;

16.7. Mərkəzin daxili intizam qaydalarını təsdiq edir;

16.8. Mərkəzin əmlakı barədə qanunvericiliyə uyğun olaraq sərəncamlar verir, müqavilələr bağlayır, etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır;

16.9. Mərkəzin illik və digər iş planlarının tərtib olunmasını təmin edir;

17. Direktor müavini və baş mühafiz Mərkəzin direktorunun və Rayon (şəhər) Regional Mədəniyyət İdarəsinin təqdimatı ilə Mədəniyyət Nazirliyinin əmri ilə işə təyin olunur və işdən azad edilirlər. Direktor müavini və baş mühafiz onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün məsuliyyət daşıyırlar.

18. Mərkəzin direktoru yanında məşvərətçi qurum kimi Mərkəz şurası fəaliyyət göstərir.Mərkəz şurasının tərkibi direktorun təqdimatı ilə Rayon (şəhər) Regional Mədəniyyət İdarəsi tərəfindən əmrlə təsdiqlənir. Şuranın say tərkibi vəzifələri və səlahiyyətləri müvafiq Əsasnamə ilə müəyyən edilir. Mərkəzin direktorunun yanında digər məşvərətçi qurumlar yaradıla bilər.

19. Mərkəzdə fond-satınalma komissiyası fəaliyyət göstərir. Komissiyanın tərkibi mərkəzin direktorunun təqdimatı ilə Rayon(şəhər ) Regional Mədəniyyət İdarəsi tərəfindən təsdiq edilir. Fond –satınalma komisssiyası öz işini Mədəniyyət Nazirliyinin təsdiq etdiyi Əsasnaməyə uyğun qurur. Komissiyanın vəzifələri müvafiq Əsasnamə ilə tənzimlənir.

20. Mərkəzin fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təkilifləri, Mərkəzin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təqdim edir.

21. Qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

VI. MƏRKƏZİN MALİYYƏ-TƏSƏRRÜFAT FƏALİYYƏTİ

23. Mərkəzin əmlakı;

23.1. Ona təhkim edilmiş dövlət əmlakından;

24.2. Dövlət büdcəsindən məqsədli təyinatla ayrılan vəsaitlərdən;

25.3. Fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan;

26.4. Qanunvericiliklə nəzərdə tutulan digər mənbələrdən daxil olan vəsaitlərdən ibarətdir.

27. Büdcədənkənar daxilolmalar;

27.1. Hüquqi və fiziki şəxslərin könüllü maddi yardımları.

27.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər xidmətlərdən əldə edilən gəlirlər.

27.3. Mərkəzin ümumi fəaliyyəti Mədəniyyət Nazirliyi, maliyyə-təsərrüfat fəaliyyəti isə müvafiq səlahiyyətli orqan tərəfindən yoxlanıla bilər.

28. Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi məqsədilə istifadə olunur.

29. Mərkəz öz vəzifələrini yerinə yetirmək məqsədi ilə büdcədənkənar vəsaitləri, qrantları, fiziki və hüquqi şəxslərin məqsədli ianələrini istifadə etməklə xüsusi fondlar yaratmaq və onlardan istifadə etmək hüququna malikdir.

30. Mərkəzin madddi-texniki bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, texniki vasitələr, metodiki materiallar, elmi və bədii ədəbiyyat, nəqliyyat vasitələri, maşın və avadanlıqlar, habelə bvaşqa maddi-texniki təchizat vasitələri təşkil edir.

31. Mərkəzə təhkim edilmiş torpaq sahləri onun daimi istifadəsindədir.

32. Mərkəz əldə edilən gəlirlərdən və mülkiyyət obyektlərindən elmi və maddi bazanın inkişafı, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, habelə öz fəaliyyəti ilə bağlı digər ehtiyaclar üçün qanunvericiliyə uyğun olaraq istifadə edir.

33. Mərkəzin işçilərinin say həddi, aylıq vəzifə maaşları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən müəyyən edilir.

34. Mərkəzin öz maliyyə vəsaitləri hesabına vəzifə maaşlarına əlavə ödəniş və artırmalar müəyyən oluna, mükafatlar və digər ödənişlərin miqdarı üçün son hədd qoyulmur.

35. Mərkəz öz fəalyyətinin nəticələrinin uçotunu aparır, müəyyən olunmuş qaydada statistik və maliyyə hesabatlarını aidiyyəti üzrə təqdim edir.

VII. YEKUN MÜDDƏALAR.

36. Mərkəzin fəaliyyəti ilə əlaqədar olan, lakin bu Əsasnamə ilə tənzimlənməyən məsələlər Mədəniyyət Nazirliyinin qəbul etdiyi qərar və Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. 37. Bu Nizamnamə Mədəniyyət Nazirliyinin qərarı ilə tam, yaxud qismən dəyişdirilə bilər.

38. Bu Əsasnamənin hər hansı müddəası gələcəkdə qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəası əsas götürüləcəkdi.

39. Mərkəzin yenidən təşkili və ləğvi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.