Qazax rayon Heydər Əliyev Mərkəzində 2 kurs fəaliyyət göstərir.

“Heydər Əliyev Məktəbi” kursu - 2012 – ci ildən Qazax rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuşdur. Kursun təşkil olunmasında məqsəd dünya şöhrətli siyasətçi, Azərbaycanın xilaskarı Heydər Əliyevin keçdiyi ömür yolu və apardığı uğurlu siyasəti gənc nəslə çatdırmaq və onlarda öz tarixi keçmişinə hörmət hissi aşılamaqdır. ”Heydər Əliyev Məktəbi” kursunda orta məktəb şagirdlərinə ayda 2 dərs olmaqla 1 tədris ili ərzində 18 dərs keçirilir ki, bu dərslərin də hər birinin öz xüsusi mühazirəsi var. Bu mühazirələr Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin bütün dövrlərini əhatə edir. Dərslərin sonunda mühazirəyə uyğun film nümayiş etdirilir. “Heydər Əliyev məktəbi” kursunun hər dərsində müxtəlif məktəblərdən 20 –yə yaxın şagird iştirak edir.

“İzahlı Astronomiya dərsləri” kursu- 2012- ci ildən fəaliyyət göstərir. Kursun açılmasında məqsəd müasir informasiya və texnologiyalar vasitəsilə gənc nəsildə elm və təhsilə böyük həvəs və maraq yaratmaqdır. Belə ki, mərkəzin 2-ci mərtəbəsində yerləşdirilmiş planetarium müasir standartlara uyğun maarifləndirmə ocağı olmaqla 180 dərəcə səthə malikdir. Burada xüsusi qurğu vasitəsilə qalaktikalar, Günəş sistemi, planetlər, bürclər və s. nümayiş etdirmək mümkündür. Orta məktəblərin yuxarı sinif şagirdlərinə Astronomiya dərslərini dərindən qavramağa yardımçı funksiyası daşıyan kursda ayda 1 dərs olmaqla, 1 tədris ili ərzində 9 dərs keçirilir.Bu dərslərin də hər birinin xüsusi proqramla öz mövzusu və tapşırığı olur.”İzahlı Astronomiya dərsləri” kursunda müxtəlif məktəblərdən 20- yə yaxın şagird iştirak edir.