Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Qazax rayon Heydər Əliyev Mərkəzi 2008- ci ildə inşa edilmişdir. Həmin ilin sentyabr ayında binanın rəsmi açılışı olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.

Ümumi sahəsi 1922,5 kv.m olan Mərkəz 2 mərtəbəli, konusvari, unikal formaya malikdir. Birinci mərtəbədə sahəsi 732,57 kv.m olan Muzey, sahəsi 40,3 kv.m olan ofis, sahəsi 60,4 kv.m olan kitabxana, dərnək və kurs otaqları, nigah otağı vardır. Burada həmçinin "Ubiq Window" (məsafədən əl ilə idarə olunan foto və video albom) yerləşdirilmişdir. Bu albomda Ümummilli liderin həyat və siyasi fəaliyyətindən bəhs edən 16 video, 71 foto şəkil nümayiş etdirilir.

İkinci mərtəbədə Planetarium yerləşir.Planetarium elmi- maarifləndirmə ocağı olmaqla yerləşdiyi zal kürə formasındadır. Kürənin tam 180 dərəcə içəri səthi ekran funksiyasını daşıyır. Xüsusi qurğu vasitəsilə həmin ekranda qalaktikalar, Günəş sistemi, planetlər, bürclər və bir sıra astronomik filmlər nümayiş etdirilir.Hər hansı göy cismini yaxınlaşdırmaq, uzaqlaşdırmaq. 100 min illər keçmişə və gələcəyə aparmaq mümkündür. Planetariumun dairəvi zalında həmçinin müxtəlif görüş və toplantılar keçirilir.