​Gəncə Dövlət Regional Kollecinin tələbələri Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Gəncə şəhər Heydər Əliyev Mərkəzini ziyarət etdilər

​Gəncə Dövlət Regional Kollecinin tələbələri Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Gəncə şəhər Heydər Əliyev Mərkəzini ziyarət etdilər

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev anım günü ilə əlaqədar Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzində pandemiya qaydalarına riayət edilərək ekskursiyalar təşkil edilir.
Gəncə Dövlət Regional Kollecinin tələbələri Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Gəncə şəhər Heydər Əliyev Mərkəzini ziyarət etdilər. Mərkəzin direktor əvəzi İlknur İsgəndərova tələbələrə Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli fəaliyyəti və qədim Gəncə şəhərinə tarixi səfərləri haqqında geniş məlumat verdi. Ekskursiya zamanı Ümummilli Liderin respublikamızın hər bir sahəsinin inkişafına böyük diqqət göstərməsindən bəhs edildi.
Ekskursiyanın təşkilatçılığında göstərdiyi kömək üçün Gəncə Dövlət Regional Kollecin biologiya müəllimi Aynur İbrahimova təşəkkür edirik.