Şəhid İlqar Bürcəliyevin ailə üzvləri ilə onlayn görüş

Şəhid İlqar Bürcəliyevin ailə üzvləri ilə onlayn görüş

19.04.2021-ci il tarixdə Mir Cəlal Paşayev Ev Muzeyinin təşkilatçılığı ilə Vətən müharibəsində Şəhid olmuş Gəncəli İlqar Bürcəliyevin ailə üzvləri ilə onlayn görüş keçirilib. Əvvəlcə bütün Azərbaycan şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhid İlqar Bürcəliyevin nənəsi Məleykə Bürcəliyeva, atası Vüqar və anası Elnurə Burcəliyevlər, əmisi Anar Bürcəliyev İlqarın necə vətənpərvər, ağıllı və istedadlı olmasından danışdılar. Öz xatirələrini və qardaşı ilə duyduqları qürür hissini şəhidin qardaşı Tamerlan və bacısı Naya da bizimlə bölüşdülər. Bundan əlavə tədbirdə çıxış edənlərin hər biri Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolununun gənclərə örnək olmasından danışdılar. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşları. Azərbaycan Yazarlar Birliyinin Gəncə bölməsinin sədri və üzvləri, gənc yazarlar, Gəncə və Bakı məktəbliləri və müəllimlər iştirak etdilər. Sonda Mir Cəlal Paşayev ev muzeyinin direktoru çıxış edərək tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi və şəhidlərimizin qəhrəmanlıq yolunun təbliği və gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün belə görüşlərin vacibliyini qeyd etdi.