ADAU və GDU-nin tələbələri Gəncə şəhər Heydər Əliyev Mərkəzini ziyarət etdilər

ADAU və GDU-nin tələbələri Gəncə şəhər Heydər Əliyev Mərkəzini ziyarət etdilər

ADAU və GDU-nin tələbələri Gəncə şəhər Heydər Əliyev Mərkəzini ziyarət etdilər. Ekskursiya zamanı sanitar-gigiyenik qaydalara əməl edildi.
Mərkəzin bələdçisi Sevinc Əhmədova gənclərə Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat verdi. Ekskursiya zamanı qeyd edildi ki, Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib.
Gənclər həmçinin mərkəzdə fəaliyyət göstərən Gəncə MKS-nin 16 nömrəli kitabxana filialı ilə tanış oldular.