Mədəniyyətə Təkan

14.04.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi İlknur İsgəndərova və elmi işçisi Gülər Ellazova "Mədəniyyətə Təkan" layihəsinin Mədəni və Yaradıcı Sənayelərdə Sektoralararası Əməkdaşlıq sessiyasında iştirak ediblər.
"Mədəniyyətə Təkan" layihəsi Avropa və onun hüdudlarında sənətkarların və mədəniyyət işçilərinin potensialını artırmaq, onların layihələrinin və təşkilatlarının müvəffəqiyyətli və davamlı olması naminə praktik vasitələrlə təmin etmək üçün tərtib olunan layihədir.