Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları "Mədəniyyətə Təkan" layihəsinin Dayanışma və Liderlik sessiyasında iştirak ediblər

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları "Mədəniyyətə Təkan" layihəsinin Dayanışma və Liderlik sessiyasında iştirak ediblər

08.04.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi İlknur İsgəndərova və elmi işçisi Gülər Ellazova "Mədəniyyətə Təkan" layihəsinin Dayanışma və Liderlik sessiyasında iştirak ediblər.
Avropanın mədəniyyət işçiləri arasında liderlik və təşkilati dayanışmaya fərqli yanaşmalar haqqında müzakirələr aparıldı.
"Mədəniyyətə Təkan" layihəsi Avropa və onun hüdudlarında sənətkarların və mədəniyyət işçilərinin potensialını artırmaq, onların layihələrinin və təşkilatlarının müvəffəqiyyətli və davamlı olması naminə praktik vasitələrlə təmin etmək üçün tərtib olunan layihədir.