Gəncədə gün ərzində dezinfeksiya işləri aparılır

Gəncədə gün ərzində dezinfeksiya işləri aparılır

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işləri davam etdirilir. Bu gün də Gəncə şəhərinin mərkəzi meydanında, prospekt və küçələrində, Cavad xan küçəsi və xan bağında, Gülüstan qəsəbəsində dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, Nazirlər kabinetinin yanında yaradılan operativ qərargahın yeni qərarı ilə may ayının 18-dən ölkədə tədbiq edilmiş karantin rejimində yumşaldıcı qaydaya uyğun olaraq parklar, bulvarlar və digər istirahət guşələri sakinlər üçün yenidən açıq elan olunub. Bununla əlaqədar Gəncə şəhərindəki bütün parklarda, xiyabanlarda, bulvarda və əhali sıxlığı təşkil edən gəzinti ərazilərində bu qərara uyğun olaraq virusun yayılması əleyhinə tədbirlər görülür. Həmin ərazilərdə dezinfeksiya, qazonların kəsilməsi, sakinlərin ara məsafənin saxlanması nəzarəti və təmizlik işləri görülür.