Yaxın mədəniyyət müəssisələri

Yaxın mədəniyyət müəssisələri

Gəncə şəhər Mir Cəlal Paşayev Muzeyi

Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar Elm xadimi, yazıçı-alim Mir Cəlal Əli oğlu Paşayevin 100 illik yubileyi ərəfəsində ədibin xatirəsinə yaradılmış muzeyin 2007-ci il sentyabr ayının 29-da rəsmi açılışı olmuşdur.

Ailə üzvləri tərəfindən muzeyə ədibin şəxsi pasportu, orden və medalları hədiyyə edilmişdir. Hal-hazırda bu əşyalar muzeyin ən dəyərli eksponatlarındandır.

Mir Cəlal Paşayev Ev Muzeyinin Gəncə şəhərində fəaliyyəti təsədüfi deyil. Çünki, Mir Cəlal Paşayev cənubi Azərbaycanda anadan olsa da, taleyi onu qədim Gəncə şəhərinə gətirib çixarmışdır. Ədib həmişə bu şəhəri sevmiş və özünün doğma şəhəri bilmişdir.

Mir Cəlal Paşayevin uşaqlıq, gənclik və tələbəlik illəri, pedaqoji və ədəbi fəaliyyəti, onun ailə üzvləri, onun layiqli davamçıları xronoloji ardıcılıqla muzeyin ekspozisiyasında öz əksinin tapmışdır.

Muzey fəaliyyətə başlayanda eksponatların sayı 150-yə qədər idi. Hal-hazırda eksponatların sayı 300-dən artıqdır.

Muzey kompleksində 2009-cu ilin aprel ayında Elmi-Ədəbi Tədqiqat Şöbəsi fəaliyyətə başlamışdır. Şöbənin yaradılması ədəbiyyatımızın tədqiqinə, araşdırılmasına xidmət edir.

Mir Cəlal Paşayev Muzey Kompleksində mütamadi olaraq şair və yazıçıların kitab təqdimatları, şəhər ziyalıları ilə görüş-konsertlər, şagird və tələbələr üçün ədəbiyyat dərsləri, ekskursiyalar və s. keçirilir.

Ünvan:

Gəncə şəhəri, Bayan küçəsi 83

Telefon:

(022) 254-94-22

Uşaq İncəsənət Məktəbi və filialı

Müəssisə rəhbərin soyadı,
adı və atasının adı - Atayev Ramail Musa oğlu

Müəssisənin ünvanı - Yeni Gəncə qəsəbəsi

Əlaqə telefonu - İş: (022)254-18-54, (022)254-57-65

Mobil: 055-343-78-22

Gəncə Gənclər Evi



4 may 2016-cı il tarixdə istifadəyə verilən Gəncə şəhər “Gənclər evi”ndə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün iclas zalları, hərbi vətənpərvərlik, karyera mərkəzləri, studiyalar yaradılıb. Burada kitabxana, kafe, mehmanxana və digər sosial xidmət sahələri də fəaliyyət göstərir. Gənclər Evi 3 girişli, 3 mərtəbə və zirzəmidən ibarətdir.



I mərtəbə
Gəncə şəhər Gənclər Evinin inzibati otaqlarından, Toxuculuq və tikiş dərnəyi, Conversation club, Ünsiyyət klubu, Gənc iqtisadçılar klubu, Gənclərin intellektual klubu, İnformasiya guşəsi, Akt zalı, Toplantı zalı, Elektron kitabxana və kitab saxlama otaqlarından ibarətdir.

II mərtəbə
Gəncə şəhər Gənclər və İdman baş idarəsinin inzibati otaqlarından, Ekologiya dərnəyi, Vətənpərvərlik klubu, Texnika və ixtiraçılar klubu, Karyera mərkəzi, Sərgi zalı, İstedadların hazırlığı labaratoriyası, Ölkəşünaslıq otağı, Peşə yönümü mərkəzi, Kompyuter qrafikası, Psixoloji reabilitasiya xidməti, Rəsm studuyası, Video studiya, Yeməkxana (işçilər üçün) və Anbar otaqlarından ibarətdir.

III mərtəbə
5 ədəd 2 nəfərlik qonaq otağından ibarət olub, kafe və terasdan ibarətdir.

Fitnes zalı, soyunub – geyinmə otağı, Tenis və bilyard otaqları, Masaüstü oyunlar və Gənclər klubundan ibarətdir.

Gənclər evinin həyətində əlavə olaraq idman avadanlıqları quraşdırılıb ki, onlardan istənilən şəxs istifadə edə bilər.

Regiondakı gənclərin sayı: 11000 nəfər
İstifadəyə verildiyi tarix: 04 may 2016-cı il

Müəssisə haqqında texniki məlumat:
- ümumi sahəsi: 5328 kv.m
- mərtəbələrin sayı: 4 (zirzəmi daxil olmaqla)
- otaqların sayı: 46

Aparılan işlərin istiqamətləri:
- Vətənpərvərlik tərbiyəsi;
- Sağlam həyat tərzinin təbliği;
- İctimai həyatda iştirak;
- Asudə vaxt;
- Məşğulluq;
- Yaradıcılıq

Mövcud olan xidmətlər: Kompyuter, xarici dil, mühasibatlıq kursları, musiqi, rəqs, gitar, piano, solo ifa, rəsm, şahmat dərnəkləri, maraq və conversation klubları, elektron kitabxana, internet, beynəlxalq mübadilə səfərləri, yay və qış düşərgələri, maraqlar üzrə tədbirlər, könüllülük xidmətləri və s.

İşlədiyi vaxt: Həftənin I-V günləri saat 09:00-dan 18:00-dək

Müəssisə ilə əlaqə: -

Ünvan: Gəncə şəhəri, Nizami rayonu, 28 May küçəsi -34
- Telefon: +994504739595/ +994558489595
- El.ünvan:genclerevi.gence@gmail.com

- Facebook səhifəsi: Gəncə Gənclər Evi

Əlaqələndirici şəxs: Amil Qurbanov (Gəncə Gənclər Evinin direktoru)