Kitabxana

2018-ci il 10 yanvar tarixindən Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li filialı Heydər Əliyev Mərkəzinə köçürülmüşdür. Kitabxana mərkəzin ikinci mərtəbəsində fəaliyyət göstərir və müasir avadanlıqlarla təchiz edilmişdir. Filialın kitab fondu 8064 nüsxədən ibarətdir, fond ancaq latın əlifbalı kitablardan təşkil edilmişdir. Kitabxanada elmin bir çox sahələri üzrə kitablar, azərbaycan ədəbiyyatı eyni zamanda dünya yazıçılarının Azərbaycan dilinə tərcümə olunmuş əsərləri, həmçinin xarici dilllərdə olan kitablar da öz əksini tapmışdır. Filialda Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunmuş kitablarla yanaşı audio-video disklər və Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəşrlər vardır. “Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” layihəsi çərçivəsində təşkil olunan konfransda kitabxanaya 119 adda kitab və müxtəlif çap məhsulları hədiyyə olunub. Kitabxananın oxucuları müxtəlif təbəqələrdən, müəllimlər, həkimlər, fəhlələr, ali məktəb tələbələri və orta məktəb şagirdlərindən ibarətdir. 2018-ci ildə kitabxanada 2253 yeni oxucu qeydiyyatdan keçmiş, 7328 ümumi gəliş və 45502 kitab verlişi olmuşdur. Filial fonduna il ərzində 65 yeni ədəbiyyat daxil olmuşdur.