Qalereya

Mərkəzin I mərtəbəsində Ulu Öndər Heydər Əliyevin keçdiyi zəngin həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirən Xatirə Muzeyi yerləşir. Muzeydə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Muzeydə ekspozisiya zalı 12 fotostend, 24 kiçik monitor, 3 böyük monitor, 1 əlillər üçün monitor, 48 kiçik stellaj və 2 böyük kitab stellajından ibarətdir. Ulu Öndərin Naxçıvan Muxtar Resublikası Ali Məclisinin sədri və Azərbaycan Respublikasının Prezidenti kimi 1993-2003-cü illərdə həyata keçirdiyi böyük işlər, Azərbaycanın rifahı, gözəl gələcəyi naminə apardığı düşünülmüş siyasət, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallara muzeydə geniş yer verilib. Burada Ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərini əks etdirən kitablar və qəzetlərdə nümayiş etdirilir. Muzeydə Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının bariz nümunələrinədə geniş yer ayrılıb. Ekspozisiyada informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da peşakarlıqla istifadə olunması diqqəti cəlb edir.