Gəncə şəhər Heydər Əliyev Mərkəzində “9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibəti ilə silsilə tədbirlər həyata keçirilmişdir

Gəncə şəhər Heydər Əliyev Mərkəzində “9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibəti ilə silsilə tədbirlər həyata keçirilmişdir

Gəncə şəhər Heydər Əliyev Mərkəzində “9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibəti ilə silsilə tədbirlər həyata keçirilmişdir. Tədbirdə Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbələri iştirak etdilər. Tədbiri giriş sözü ilə mərkəzin direktor əvəzi İlknur İsgəndərova açaraq tələbələri salamladı və bu tarixi gün haqqında qısa məlumat verdi. Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva, elmi işçisi Məmmədova İlahə və bələdçisi Sevinc Əhmədova öz çıxışlarında ölkənin əsas atributlarından birinin məhz bayraq olduğunu və bu günün qeyd edilməsinin hər bir azərbaycanlı üçün şərəfli olduğunu vurğulayıblar. Tədbirdə həmçinin GDU-nun ümumi tarix fakultəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarlı “Bayrağımız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir” mühazirəsi ilə çixiş edib. O bildirib ki, 9 Noyabr- Dövlət Bayrağı Günü xalqımızın həyatında əlamətdar və müqəddəs bir gündür. Bayraq-tariximiz, keçmişimiz, bu günümüz, müqəddəs dövlət rəmzimizdir. Azərbaycan xalqı zaman-zaman öz azadlığı və müstəqilliyi uğrunda fədakar mübarizə aparıb. Xalqımız, millətimiz canı, qanı hesabına öz müstəqil dövlətini qurub, öz üçrəngli bayrağını ucaldıb. Biz bu gün bu üçrəngli bayrağın ətrafında birləşmişik. Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində dövlət bayrağımız dünyanın müxtəlif mötəbər və nüfuzlu beynəlxalq təşkilatlarında, elm, mədəniyyət mərkəzlərində dalğalanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla gerçəkləşdirdiyi mütərəqqi və praqmatik siyasət ölkəmizin beynəlxalq siyasi nüfuzunun yüksəlməsini, dünya birliyində öz layiqli yerini tutmasını təmin edir. Tədbirin sonunda Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarx nümayiş etdirildi.