Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi

Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi

Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi. Tədbirdə 38 №-li tam orta məktəbin müəllim və 9-cu sinif şagirdləri iştirak etdilər. Tədbirdən əvvəl mərkəzin bələdçisi Sevinc Əhmədova şagirdlərə Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətini əks etdriən eksponatlar haqqında geniş məlumat verdi. Tədbiri giriş sözü ilə açan mərkəzin direktor əvəzi İlknur İsgəndərova öz çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət Bayrağıdır. Mərkəzin bələdçisi Könül Süleymanova “Bayraq müstəqilliyimizin simvoludur” mühazirəsi ilə çıxış etdi. 38 №-li orta məktəbin tarix müəllimi Təranə İbrahimova Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününun tarixi haqqında şagirdlərə geniş məlumat verdi. Tədbirin sonunda abidənin önündə xatirə şəkli çəkildi.